SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Şəhidlərimizdən daha 700 nəfərin 1160 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edildi

Şəhidlərimizdən daha 700 nəfərin 1160 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edildi

Tarix:

10-04-2019, 11:09

/ 724 dəfə oxundu.
Şəhidlərimizdən daha 700 nəfərin 1160 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edildi

Bu günədək artıq 6191 şəhidin 9054 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq şəhidlərimizin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı işləri davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya növbəti iclasında daha 700 şəhidin 1160 vərəsəsinə birdəfəlik ödəmə (11 min manat) verilməsi barədə qərar qəbul edib. Müvafiq vəsaitlər bir həftə ərzində vərəsələrin bank hesablarına köçürüləcək.
Dövlət başçısının 19 aprel 2018-ci il tarixli və 28 yanvar 2019-cu il tarixli Fərmanlarına əsasən, ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan artıq 6191 şəhidin 9054 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.


AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Şərhlər

XƏBƏR LENTİ