SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Yanvar-mart aylarında 352 nəfər əllilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

Yanvar-mart aylarında 352 nəfər əllilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

Tarix:

4-04-2019, 12:43

/ 799 dəfə oxundu.
Yanvar-mart aylarında 352 nəfər əllilliyi olan şəxs  özünüməşğulluq proqramına cəlb edilib

Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edənlər arasında həssas qruplara aid vətəndaşlara, o cümlədən əlilliyi olan şəxslərə xüsusi üstünlük verilir.
Cari ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən artıq 352 nəfər əlilliyi olan şəxs kiçik ailə təsərrüfatlarını yaratmaq üçün potensialları nəzərə alınmaqla bu proqrama cəlb olunub. Onlardan artıq bir qismi kiçik biznes fəaliyyətinin qurulmasına dair zəruri bilik və bacarıqlara malik olmaları üçün bir aylıq təlim kurslarında iştirak edir.
Kursları uğurla başa vuran və qiymətləndirmə zamanı biznes-planları müsbət dəyərləndirilən şəxslər ailə təsərrüfatlarını yaratmaq üçün aktivlərlə (mal və materiallarla) təmin olunacaqlar.
Hazırda əlilliyi olan şəxslərin proqrama cəlb olunması işləri davam etdirilir.
Xatırladaq ki, ötən il özünüməşğulluq proqramı iştirakçılarından 1000 nəfərini əlilliyi olan şəxslər təşkil edib.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Şərhlər

XƏBƏR LENTİ