SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda şagirdi vəhşicəsinə döyən müəllim İŞDƏN ÇIXARILDI

Bakıda şagirdi vəhşicəsinə döyən müəllim İŞDƏN ÇIXARILDI

Tarix:

11-03-2019, 12:15

/ 1 041 dəfə oxundu.
Bakıda şagirdi vəhşicəsinə döyən müəllim İŞDƏN ÇIXARILDI

Bakıda şagirdi döyən müəllim işdən çıxarılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, paytaxtın Binəqədi rayonu 30 nömrəli orta məktəbdə 11-ci sinif şagirdini vəhşicəsinə döyən hərbi hazırlıq müəllimi Mehman Mənsimov Bakı Şəhər Baş Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin əmri ilə işdən azad olunub.

Qeyd edək ki, 30 nömrəli məktəbin 11-ci sinif şagirdlərindən biri müəllimin bu hərəkətlərini telefonla çəkib. Videodan da göründüyü kimi müəllim uşağın ağzına, başına və bədəninin müxtəlif hissələrinə zərbələr endirir.

Şərhlər

XƏBƏR LENTİ