Bakıda şagirdi döyən direktor müavini işdən çıxarıldı
Sosial şəbəkələrdə Bakıda məktəb direktorunun müavini olduğu iddia edilən müəllimin məktəbliləri döyməsini əks etdirən video-kadrlar yayılıb. Məlumata görə, hadisə Dərnəgüldə yerləşən məktəblərdən birinin qarşısında baş verib. Kadrlardan görünür ki, kişi uşaqlara hücum edir və onlardan birini vurur. Vurulan uşaq üzünün qanını silə-silə kənara çəkilir. Yerli KİV xəbər verir ki, həmin şəxsin Cəbrayıl rayonunun Qovşudlu kənd tam orta məktəbinin məktəbdənkənar işlər üzrə direktor müavini Vidadi Əsədov olduğu məlum olub.
O, 26 oktyabr 2018-ci ildə müəllimin etik davranış qaydalarını pozduğuna görə vəzifəsindən azad edilib. Bu barədə Cəbrayıl Rayon Təhsil Şöbəsindən məlumat verilib. V. Əsədov şiddətli töhmət verilməklə sıravi müəllim işinə keçirilib. Təhsil şöbəsindən onu da bildiriblər ki, belə hərəkətlərin təkrarlanacağı təqdirdə o, pedaqoji işlərdən kənarlaşdırılacaq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...