Deputata məxsus şirkət insan həyatı üçün təhlükəli ərazidə bina tikdirdi — Qatar hər an sakinləri VURA BİLƏR (FOTOLAR)
"Kristal Abşeron” tikinti şirkəti sakinlərin həyatına təhlükə yaratmaqda davam edir.
Bununla əlaqədar şirkətin Xırdalan ərazisində inşa etdiyi binanın sakinləri Demokrat.az-a müraciət göndəriblər.
Müraciətdə qeyd olunur ki, "Kristal Abşeron” şirkəti Xırdalan dəmiryolunun yaxın məsafəsində hündürmərtəbəli binalar tikərək sakinlərə satır. İlkin olaraq həvəsləndirici təkliflərə aldanan sakinlər sonradan binanın təhlükəli ərazidə inşa olunduğunun fərqinə varırlar.
Binalar dəmiryoluna o qədər yaxın məsafədə inşa edilib ki, hətta qatarlar gedən zaman ərazidə titrəyiş belə hiss olunur. Digər tərəfdən isə bina sakinləri azyaşlı uşaqların həyatı üçün yaranan təhlükədən narahatdırlar. Onlar hər an qatar təhlükəsilə üzləşə bilərlər.
Şirkətin fəaliyyətinin digər nöqsanlı tərəfi isə Azərbaycan hökumətinin qəbul etdiyi qərarların tələblərini kobud şəkildə pozamsıdır.
Bildiyiniz kimi, Azərbaycan hökuməti dəmiryolu xəttlərinə yaxın məsafədə yerləşən evlərin sökülməsi üçün müvafiq addımlar atır, həmin sakinlərə kompensasiya ödənilməklə təhlükəsiz ərazilərə köçürülür. Dövlət bu istiqamətdə sağlamlaşdırılma aparmaq üçün heç də az vəsait xərcləmir. Ancaq nədənsə deputat Ağalar Vəliyevə məxsus olduğu deyilən "Kristal Abşeron” şirkəti dövlətin bu qərarlarını ya heçə sayır, ya da görməməzlikdən gəlir. Yoxsa, bu şirkət nədən qatar relslərinin yanında bina tikdirsin ki?!

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO