“Bakcell, siz bu oğurluqdan faiz alırsınız“ – Daha bir jurnalist fırıldaqdan şikayətlənir
“Bakcell, oğurluq haramdır!. Partnyor şirkətləriniz icazəmiz olmadan hansısa “xidmətlərə” qoşurlarsa, deməli, siz icazə verirsiniz”.
Mia.az xəbər verir ki, Bakcell-ə qarşı bu ittihamı jurnalist Rəşad Vaqifoğlu sosial şəbəkədəki hesabında yazıb.
O bildirib ki, 555-lə əlaqə saxlayıb: “Hansısa xidmətə abunə olduğumu dedilər. Guya mənə hansısa mesajlar göndərərək “xidmət” göstərirlər. Təbii ki, mən hansısa xidmətə abunə olmamam. Əgər olmuşdumsa, niyə mənə bu barədə heç bir məlumat verilmir. Hansısa xidmət göstərilmədiyi halda, sadəcə balansımdan 60 qəpik(lər) silinir. Bu şirkətlər sizin partnyorunuzdur. Həmin silinən məbləğlərdə sizin faiziniz var. Yəni kommersiya marağınız var. Ən əsası, mən o partnyor şirkətlərinizin deyil, sizin müştərinizəm. Balansıma nəzarət etməyim üçün, silinmə barədə bildiriş almaləyam. Siz isə bunu etmirsiniz. Bir sözlə, bu firıldağın içində siz də varsınız”.
Jurnalist bildirib ki, şirkət bunu işgüzar nüfuzuna ziyan hesab edirsə, məhkəməyə versin: “Məmnuniyyətlə, məhkəmədə dediklərimi sübut edərəm. Amma bir daha deyirəm, oğurluq və fırıldaq haramdır”.
“Bakcell” isə ənənəvi cavabla jurnalistin ittihamından yayınmağa çalışıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO