“Azərbaycanda Amerika Məktəbi”nin rəhbəri həbs olundu - Xaricdə təhsil fırıldağı
"Azərbaycanda Amerika Məktəbi” ("American School in Azerbaijan -ASIA”) Tədris Mərkəzinin rəhbəri Elvin Məmmədzadə dələduzluq ittihamı ilə Baş Prokurorluq yanında Baş Korrupsiya İdarəsi tərəfindən saxlanılıb.
BakuPost-un məlumatına görə, ABŞ səfirliyinin yaxınlığında, Azadlıq prospektində yerləşən "Azərbaycanda Amerika Məktəbi” Tədris Mərkəzinin rəhbəri E. Məmmədzadə son 2 il ərzində ABŞ-da xarici dil kurslarına göndərmək vədi ilə onlarla insanı aldatmaqda ittiham olunur.
Bildirilir ki, ABŞ-dakı xarici dil kurslarında oxumaq istəyən şəxslərin hər birindən viza və təhsil haqqı üçün 4 min dollar alıb. Lakin vədini yerinə yetirməyən E. Məmmədzadə müxtəlif bəhanələrlə həmin insanları sakitləşdirib. Keçən ilin noyabr ayından isə nə tədris mərkəzinin, nə də E. Məmmədzadənin mobil telefonuna açılan zənglərə cavab verilməyib. Bundan sonra aldadılan şəxslərin bir qrupu Baş Prokurorluq yanında Baş Korrupsiya İdarəsinə müraciət edib və bundan sonra E. Məmmədzadə saxlanılıb.
Məlumata görə, indiyə qədər E. Məmmədzadə tərəfindən aldadılaraq pullar alındığını bildirən 45 nəfər Baş Prokurorluq yanında Baş Korrupsiya İdarəsinə müraciət edib. Ancaq hüquq-mühafizə orqanları E. Məmmədzadənin qurbanlarının sayının daha çox olduğunu ehtimal edir.
Cinayət işinin istintaqı davam edir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?