Mədəniyyət Nazirliyindən kitab mədəniyyətimizə görünməmiş hörmətsizlik
…Aşağıda təqdim edilən fotoşəkillər facebook istifadəçisi, jurnalist Zaur Vəliyev tərəfindən «Təzadlar»a göndərilib. Fotoşəkillərdə Azərbaycan Mədəniyyət Nazirliyinin balansında olan kitabxanalardan birinin vəziyyəti təsvir olunur. Çölün düzündə, kol-kosun arasında bir dəmir «budka»dadan ibarət olan bu kitabxana, əgər ona elə demək mümkündürsə, İmişli rayonunda yerləşir. «Budka»nın üzərinə isə belə yazılıb: «Azərbaycan Mədəniyyət Nazirliyi: Kürdəmir Regional Mədəniyyət İdarəsi: İmişli rayon MKS-nin 5№-li Cavadxanlı kənd kitabxana filialı» sözləri yazılıb.
Çox istərdik ki, kitab mədəniyyətimizə bu boyda hörmətsizliyin bariz və tipik nümunəsi ilə nazir Əbülfəz Qarayev tanış olsun. Biz qəti əminik ki, nazir bu dırnaqarası kitabxanadan, daha doğrusu, Kürdəmir Regional Mədəniyyət İdarəsinin qara əməllərindən xəbərsizdir. Amma daha bu qədr də yox. Sadəcə, bu cür əməllər ayıb olan işdir. Yəqinki araşdırılsa, məlum olacaq ki, bu «kitabxana»nın ayağında 5-6 işçi, aylıq məvaciblər, «ölü can»lar var. Doğrudanmı bu mənfur yazanclara görə kitab mədəniyyətimizə bu qədər ağır zərbə vurmağa, gözdən salmağa dəyər. Sonra da deyirlər ki, kitab oxuyan yoxdur. Belə vəziyyətdə camaat kitabı necə oxusun???
Son söz Mədəniyyət Nazirliyinindir.
"Tezadlar"


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?