SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Eldar Əzizovdan daha bir təyinat - Keçmiş MSK işçisinə vəzifə verildi

Eldar Əzizovdan daha bir təyinat - Keçmiş MSK işçisinə vəzifə verildi

Tarix:

29-01-2019, 10:33

/ 980 dəfə oxundu.
Eldar Əzizovdan daha bir təyinat - Keçmiş MSK işçisinə vəzifə verildi

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov daha bir struktur islahatı həyata keçirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Milli Məclis Dövlət Qulluğu və Kadr Məsələləri Şöbəsinin müdir müavini işləyən İlqar Əlizadəni Aparatın Hüquq Şöbəsinin müdiri vəzifəsinə təyin edib. İ.Əlizadə daha əvvəl isə Mərkəzi Seçkilər Komissiyasında Hüquq şöbəsinin rəhbəri olub, 3-cü dərəcəli dövlət müşaviridir.

İ.Əlizadə açıqlamasında məlumatı təsdiqləyib.

Meriyanın Hüquq Şöbəsinin keçmiş rəhbəri Sani Nəsibov ötən ilin dekabr ayında vəzifəsindən azad olunub.

Şərhlər

XƏBƏR LENTİ