SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » BDU-da maraqlı təyinat: - Bulvar İdarəsinin rəis müavini...

BDU-da maraqlı təyinat: - Bulvar İdarəsinin rəis müavini...

Tarix:

14-01-2019, 14:21

/ 1 093 dəfə oxundu.
BDU-da maraqlı təyinat: - Bulvar İdarəsinin rəis müavini...

Bakı Dövlət Universitetində (BDU) kadr dəyişikliyi baş verib.

Strateq.az-a istinadən xəbər veririk ki, universitetin rektor əvəzi Firudin Qurbanovun əmri ilə Kadrlar şöbəsinin müdir əvəzi Təranə Əhədova vəzifəsindən azad edilib.

Rektorun digər əmri ilə Nazim Məcidov BDU-nun Kadrlar şöbəsinin müdiri təyin edilib.

N.Məcidov xəbəri təsdiqləyib: “Yanvarın 11-də BDU rektorunun əmri ilə Kadrlar şöbəsinin müdiri təyin olunmuşam”.

Qeyd edək ki, Nazim Məcidov bu təyinata qədər uzun illər Dənizkənarı Bulvar İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Şərhlər

XƏBƏR LENTİ