SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda marketlərdə selofan torbalar artıq pulla satılır

Bakıda marketlərdə selofan torbalar artıq pulla satılır

Tarix:

8-01-2019, 12:12

/ 1 718 dəfə oxundu.
Bakıda marketlərdə selofan torbalar artıq pulla satılır

Artıq Bakıda böyük marketlərdə selofan torbalar pulla satılır.

SalamNews xəbər verir ki, selofan torbaları marketlərdən 5-20 qəpik arasında almaq olar.

Məlumat üçün bildirək ki, son illər marketlərdə bu torbaların pulsuz və demək olar ki, limitsiz olması onlardan istifadəni daha da çoxaldıb. Selofan torbaların kütləvi şəkildə çoxalması isə cəmiyyət üçün təhlükə mənbəyidir. Bir çox dünya ölkələrində bu torbaların istifadəsindən imtina edilib

Ekspertlər bildirirlər ki, zibil üçün nəzərdə tutulan selofan torbalara qida məhsullarının yığılmasının birbaşa təhlükədir. Qara polietilen torbalar içərisində saxlanılan ərzaq məhsullarının keyfiyyətinə mənfi təsir göstərir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mmətbuat xidmətinin rəhbəri İradə İbrahimova KİV-ə müsahibələrində bildirib ki, əvvəllər bazarlarda yalnız kağız torbalardan istifadə olunurdu və alıcıların da ipdən toxunan, parçadan hazırlanan yaxud da həsir tipli zənbillərdən istifadə edirdilər. Mağazalarda da ərzaq məhsulu alanda onu kağıza büküb alıcıya verirdilər. Sonradan onları sellofan paketlər əvəz etdi. Bu gün mağazalarda təklif olunan məhsulların 99 faizi “pinqvin” adlandırılan sellofan paketlərdə qablaşdırılır ki, bu da təkcə insan sağlamlığına deyil ətraf mühitə, flora və faunaya da təhlükə yaradır. Bu torbaların təbiətə vurduğu zərər hesaba gəlməyəcək qədər çoxdur.

Qeyd edək ki, selofanların tərkibində xərçəng əmələ gətirən və hüceyrələri dağıdan maddələr var. Bu torbaların istifadəsi sağlamlıq üçün təhlükə olmaqla bərabər, ətraf mühitə də ziyan vurur, ekologiyanı zədələyir. Bu tullantılar yandırılarkən havaya ayrılan zəhərli qazlar insanların sağlamlığına, heyvanların isə məhvinə gətirib çıxarır. İndi dünyada bu təhlükənin qarşısını almaq üçün müxtəlif tədbirlər görülür.

Şərhlər

XƏBƏR LENTİ