XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Gələn il üçün rəsmi bayram günləri açıqlandı - SİYAHI

Gələn il üçün rəsmi bayram günləri açıqlandı - SİYAHI

Gələn il üçün rəsmi bayram günləri açıqlandı - SİYAHI
20-12-2018, 20:23

Dekabrın 19-da Azərbaycan Respublikasının Nazirlər Kabineti 2019-cu ilin Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında sərəncam qəbul edib.

Bununla bağlı Baş nazir Novruz Məmmədov bununla sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli fərmanının 2-ci hissəsinə əsasən, 2019-cu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, iyunun 5, 6-sı Ramazan bayramı, avqustun 12, 13-ü Qurban bayramı günləri müəyyən edilərək qeyri-iş günü hesab olunsun”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.