SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Günü-gündən çiçəklənən ABŞERON – Fotolar

Günü-gündən çiçəklənən ABŞERON – Fotolar

Tarix:

1-11-2018, 14:27

/ 1 461 dəfə oxundu.
Günü-gündən çiçəklənən ABŞERON – Fotolar

Son illərdə Abşeron rayonunda abadlıq-quruculuq işləri sürətlənib. Reportyor.info-nun əməkdaşı hazırladığı reportaj zamanı öyrənib ki, yolların asfaltlanması, yaşıllıqların salınması, qəsəbələrin infrastrukturunun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.
Xüsusən də Qobu qəsəbəsində yeni yolun bərpası işləri gedir. Abşeronun icra başçısı İradə Gülmməmədovanın rəhbərliyi altında rayon görkəmini tamamilə dəyişib.
İ.Gülməmmədova Abşeron sakinlərinin problemlərini diqqətdən kənarda saxlamır, hər zaman vətəndaşların yanında olur, onların problemlərini dinləyir, tapşırıqlar verir.
Güzdək-Buta, Qobu-Lökbatan, Mehdiabad-Pirşağı avtomobil yollarının təmirinə başlanılıb. Bakı-Quba avtomagistralından Masazır, Novxanı istiqamətində 2,7 km uzunluğunda alternativ yolun asfaltlanması ilə bağlı müvafiq sənədləşmə işləri aparılır.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə rayonun Pirəkəşkül, Qobustan kəndlərində içməli su, Mehdiabad və Digah qəsəbələrində isə 5200 paqonmetr uzunluğunda kanalizasiya xətlərinin yenilənməsi işləri başa çatdırılıb.
Xırdalan şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı ötən ilin iyul ayından başlanan işlər sürətlə davam etdirilir, bu günə qədər 65 km uzunluğunda içməli su, 30 km uzunluğunda kanalizasiya xətti çəkilib. Ümumilikdə layihə çərçivəsində 168 km içməli su, 110 km kanalizasiya xəttinin çəkilməsi nəzərdə tutulur.
Sahibkarlığın inkişafı, əhalinin maddi rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi, onların sosial problemlərinin həlli məsələləri rayon icra hakimiyyəti başçısı aparatının daim diqqət mərkəzində saxlanılır.
Bu günlərdə xalça fabrikinin açılışı gözlənilir ki, bu da yeni iş yerlərinin yaradılmasıdır.Prezidentin Sərəncamına əsasən 2018-ci ilin dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən Abşeron rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2 milyon manat vəsait ayrılıb.
Bununla əlaqədar Qobu qəsəbəsində artıq xalça fabriki fəaliyyətə balayacaq və prezidentin açılışda iştirakı gözlənilir.

Şərhlər

XƏBƏR LENTİ