İcra başçısı Mehdiabadda sakinlərlə görüşdü - FOTOLAR
Abşeron rayon İcra hakimiyyəti başçısı İradə Gülməmmədova Mehdiabad qəsəbəsində səyyar qəbul keçirib.
İcra Hakimiyətindən verilən məlumata görə, görüşdə rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakini iştirak ediblər.
İ.Gülməmmədova bildirib ki, səyyar qəbulun keçirilməsində məqsəd qəsəbə ərazisində yaşayan əhalinin problemlərini yerindəcə öyrənmək, onların qaldırdıqları problemlərin operativ həlli ilə əlaqədar müvafiq tapşırıqların verilməsi və onların həllinin təmin olunmasıdır.
Xanım başçı çıxışında Mehdiabad qəsəbə sakinləri ilə əvvəllər də bir neçə dəfə görüşdüyünü, həmin görüşlərdə qaldırılan məsələlərin – qəsəbədə yeni məktəb və bağça binasının tikintisi, məhəllə arası yolların asfaltlaşdırılması, əhalinin su, elektrik enerjisi və təbii qazla fasiləsiz təmin olunması sahəsində mühüm işlər görüldüyünü və bu istiqamətdə işlərin davam etdiriləcəyini diqqətə çatdırıb.
Mehdiabad qəsəbə sakinləri də öz fikir və mülahizələrini bölüşərək onları narahat edən məsələlərlə bağlı təkliflərini veriblər. Təkliflər sırasında sosial problemlər, mübahisəli torpaq məsələsi,fasiləsiz içməli su ilə təmin olunma, yollarının abadlaşdırılması və digər məsələlər də yer alıb.
Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həllini tapıb, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.







Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?