SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » «13-CÜ KOLON»DA «TƏMİZLƏNMƏ» İŞİ APARILMALIDIR — MƏHKUMLAR DEYİL, MƏMURLAR ARASINDA!

«13-CÜ KOLON»DA «TƏMİZLƏNMƏ» İŞİ APARILMALIDIR — MƏHKUMLAR DEYİL, MƏMURLAR ARASINDA!

Tarix:

1-11-2018, 14:32

/ 1 536 dəfə oxundu.
«13-CÜ KOLON»DA «TƏMİZLƏNMƏ» İŞİ APARILMALIDIR — MƏHKUMLAR DEYİL, MƏMURLAR ARASINDA!

» Sançast»da yatan «xəstələr» məhkumların üzərinə qalxdılar

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 13 saylı Çəzaçəkmə Müəssisəsindəki etibarlı mənbədən redaksiyamıza verilən məlumata görə, müəssisədə baş alıb gedən qanunsuzluqlardan, ələlxüsus da Nora ləğəbli məmur Növrəstə Axundovadan şikayətlənən məhbuslardan Əbilov Qüdrət Arif oğlunun qardaşı bir neçə gün əvvəl Penitensiar Xidmətin rəisi cənab general Ceyhun Həsənovun qəbuluna düşəndən sonra CÇM-nin rəisi Azər Musa oğlu Hacıyevin necə deyərlər, «kürkünə birə düşüb». Məlumata görə, rəis rəhbərliyə şikayət edilən günün ertəsi gün səhər Qüdrət Əbilovu yanına çağırtdırıb. Əli qandallı halda kabinetinində qəbul edib və dil tökməyə başlayıb, «mənim övladlarım var, sənə rəis kimi deyil, bir insan kimi xahiş edirəm, məni biabır eləmə» deyərək, şikayətini geri götürməyə razı salmağa çalışıb. Q.Əbilov şikayətinin motivini izah edib: «Nora mənim 580 (beş yüz səksən) manat pulumu geri qaytarsın». Bununla belə, heç bir vəchlə, «meyiti «zon»dan çıxsa da», şikayətini geri götürməyəcəyini bildirib. Rəis Növrəstə Axundovanı da çağırtdırıb. Bildirilir ki, N.Axundova məhbusa çatmalı olan pulu götürdüyünü etiraf edib, lakin həm də onun üzünə duraraq deyib ki, mən sənin pul almamış heç kimi görüşə buraxmamaq barədə verdiyin tapşırığına əməl etmişəm, pulu da özüm yeməmişəm, gətirib sənə vermişəm. Mənbə bildirdiyinə görə, Azər Haciyev Qüdrət Əbilova deyib ki, şikayət etmək sənin öz çertyojun deyil, səni bu işə ya məhkum jurnalist Arzu Orucov, ya da Mübariz Nağıyev təhrik ediblər. Rəis hətta Qüdrətlə danışdığı günün ertəsi gün Mübariz Nağıyevi də çağıraraq dindirib. 580 manat pulun N.Axundovanın əlinə necə keçməsinə gəlincə, mənbə bildirir ki, Q.Əbilov CÇM-nin «görüş məntəqəsi»ndə xidmət göstərən çayxananı işlədirmiş. Növbəti dəfə aylıq haqq-hesabı rəhbərliyə verəndən sonra əlində xərcləməyə pulu qalmayıb və evə qardaşına xəbər göndərərək pul istəyib. Qardaşı pulu gətirib N.Axundovaya verib ki, çatdırsın. O da alıb, amma Qüdrətə çatdırmayıb. Mənbə bildirir ki, məhbus Q.Əbilov rəis A.Hacıyevə onun sözünün keçərsiz olduğunu, Növrəstə xanımın ös istədiyini etdiyini bildirib. Rəis də etiraf edib ki, hər şey onun özündən asılı olsa, sözügedən qadın məmurla işləməz. Qüdrətin «səbəb nədir ki, Siz onunla bacara bilmirsiniz?» sualını isə rəis cavabsız qoyub. Sonra da əlləri tutrəyə-titrəyə işarə verib ki, Qüdrəti öz kamerasına ötürsünlər. Mənbə xatırladır ki, cəzaçəkmə müəssisələrində istehsalat sahələrinin yaradılması və məhkumların məşğulluqlarının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2010-cu il tarixli sərəncamı var: «Amma o sərəncamda qeyd olunmayıb ki, yaradılacaq istehsalat sahələri məhkumlara icarəyə verilsin. Niyə bu gün prezidentin sərəncamı aşağılanır, penitensiar müəssisələrdə korrupsiya və özbaşınalıq vüsət alır? Barəsində 30-40 məhbusun narazılığı olan «Nona» açıq — aşkar bildirir ki, pulumu verib işləyirəm!. 13 saylı CÇM-də məhkumluq həyatı yaşayan Arzu Orucovun anası, I qrup Qarabağ əlili Orucova Maya Musa qızı da bəzi məlumatları redaksiyamızla bölüşüb. Bildirib ki, onun yanında oğlu Arzu CÇM rəisi Azər Hacıyevdən xahiş edib ki, N.Axundovadan etdiyi şikayətini və sənədlərini Qaradağ rayon Məhkəməsinə göndərsin. Rəis də deyib ki, Qaradağ rayon Məhkəməsinin sədri Sədrəddin Hacıyevə necə etibar edirsiz, onun özü yalançı, afyor, moşennikdi. On gün əvvəl də Arzunun atası Qaaradağ rayon prokurorluğuna və məhkəməsinin sədrinə məktub yazıb sorğu göndərib ki, Azər Hacıyev hansı faktlara əsaslanaraq Sizi (Sədrəddin Hacıyevi) «yalançı, afyor və moşennik» adlandırmışdır? Məktubun adresata çatması barədə məktub müəllifinə bildiriş də gəlib. Bir sözlə, 13 saylı CÇM-də həqiqətən də «təmizlənmə» işi aparılmalıdır. Amma məhkumlar arasında deyil, məmurlar arasında. Çünki məhkumların itirəcəkləri yalnız bir şeyləri qalıb — canları. Azər Hacıyev, Növrəstə Axundova və digərləri isə vəzifələrini qorumağa çalışırlar.

Qeyd edək ki, Arzu Orucovun atası 1-ci qrup gözdən əlil Qarabağ veteranıdır, qardaşı da 1-ci qrup qarabağ əlilidir.Anası da Qrabağ əlilidir.

P.S Yazı dərc olunarkən həbsxanadan redaksiyamıza məlumat aldıq ki, kolonun tibb məntəqəsində pul verib «müalicə olunanlar» 30- a yaxın jurnalist və fəala qarşı qiyama qalxıblar və onları ölümlə hədələyirlər.

Qarşı tərəfin mövqeyini öyrənmək üçün kolonun rəisi Azər Hacıyevə dəfələrlə zəng etsək də telefonumuza cavab verən olmadı.

Odur ki,qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Deryaz.az

Şərhlər

XƏBƏR LENTİ