Penitensiar xidmətdə kadr dəyişikliyi olub
Ədliyyə Nazirliyi Penitensiar xidmətdə kadr dəyişiklikləri baş verib.
Məlumata görə, əvvəllər 5 saylı cəzaçəkmə müəssisəsinin rəisi olmuş və ədliyyə orqanlarından tərxis edilmiş Etibar Məmmədyarov yenidən xidmətə bərpa edilib. O, 10 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin edilib.
6 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini Rasim Bayramov isə 7 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olunub. R. Bayramov əvvəllər 11 saylı cəzaçəkmə müəssisəsinin rəisi, daha sonra 16 saylı cəzaçəkmə müəssisəsində rəis müavini vəzifələrində çalışıb.
10 saylı cəzaçəkmə müəssisəsinin rəisi olmuş Eyvaz Əsgərov isə 15 saylı cəzaçəkmə müəssisəsinə rəis müavini təyin edilib. E. Əsgərov nəqliyyat nazirinin keçmiş müavini Arif Əsgərovun qardaşıdır.
Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi Mayıl Məmmədov isə vəzifəsindən azad edilib. O, Salyanda yerləşən 5 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinə təyin olunub. Hazırda Tərbiyə İşinin Təşkili Vəzifəsinin rəisi vəzifəsini Emil Həsənov icra edir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək