Əlixanovun yerinə TƏYİNAT
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun yerinə yeni təyinat olub.
Nazirlikdən əldə etdiyimiz məlumata görə, Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəis müavini Orxan Əziz oğlu Qasımov Pentensiar Xidmətin rəis müavini təyin edilib.
Qeyd edək ki, təyinat dünən - sentyabrın 10-da gerçəkləşib. O.Qasımov dünən kollektivə təqdim edilib.
Xatırladaq ki, general Hüseyn Əlixanovun adı bir müddət əvvəl məhbuslar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı vaqondan qaçması ilə gündəmə gəlmişdi. Belə ki, generalın bacısı oğlu, qarovul rəisi Ceyhun Səmədov ölkə gündəmini zəbt edən bu olayla bağlı saxlanılmışdı. Həmin hadisədən sonra - bu ilin mayında general H.Əlixanov vaxtından əvvəl təqaüdə göndərildi.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?