XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Nazirlər Kabinetindən yeni qərar: "Şahdağ" Turizm Agentliyindən alındı

Nazirlər Kabinetindən yeni qərar: "Şahdağ" Turizm Agentliyindən alındı

Nazirlər Kabinetindən yeni qərar: "Şahdağ" Turizm Agentliyindən alındı
11-09-2018, 10:40

Nazirlər Kabineti Dövlət Turizm Agentliyinin tabeliyində olan "Şahdağ” Qış-Yay Turizm Kompleksi ilə bağlı qərar verib.

Qərara görə Dövlət Turizm Agentliyinin tabeliyində olan "Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Həmçinin, Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 4.2-ci bəndi ləğv edilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.