XalqXəbər.Az

XalqXeber.Az » Sosial » AZƏRBAYCAN XİN-DƏ KORRUPSİYA FAKTLARI "VİKİPEDİYA" ENSKLOPEDİYASINDA

AZƏRBAYCAN XİN-DƏ KORRUPSİYA FAKTLARI "VİKİPEDİYA" ENSKLOPEDİYASINDA

AZƏRBAYCAN XİN-DƏ KORRUPSİYA FAKTLARI "VİKİPEDİYA" ENSKLOPEDİYASINDA
30-08-2018, 10:19

Nazir Elmar Məmmədyarov vandalizmə göstəriş verib?

AzEuroNews.com xəbər verir ki, xarici işlər nazirliyində son bir neçə ildir davam edən korrupsiya qalmaqalları dünyanın ən böyük onlayn ensklopediyası "Vikipediya"ya da sıçrayıb. Saytın Azərbaycanın hazırki xarici işlər naziri Elmar Məmmədyarov haqqinda məqaləsində "Qalmaqallar və korrupsiya ittihamları" adlı bölmə davamlı olaraq vandalizmə məruz qalaraq saytdan silinir. Maraqlıdır ki, digər bölmələrdən fərqli olaraq məhz bu hissə çox sayda mənbələr göstərilməklə hazırlanıb. Vikipediyanın əsas şərtlərindən biri isə məhz yerləşdirilən məlumatların mənbələrinin göstərilməsidir.

AzEuroNews.com -un verdiyi məlumata görə, məlum "qalmaqallar və korrupsiya ittihamları" hissəsində bu məlumatlar yer alır:

"Elmar Məmmədyarovun rəhbərliyi dövründə Azərbaycanın Xarici İşlər Nazirliyi müxtəlif qalmaqallar və korrupsiya iddiaları ilə gündəmə gəlib. Mətbuatda gedən yazılara və dərc olunan sənədlərə əsasən Elmar Məmmədyarova, XİN-in digər rəhbər vəzifəli şəxslərinə və səfirlərə qarşı korrupsiya və başqa qanunsuz əməllər törətmələri barədə ittihamlar yer alıb. 2016-cı ilin aprelində Dağlıq Qarabağda Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında gedən və Azərbaycan tərəfdən 100-dən çox insanın tələfatı ilə nəticələnən döyüşlər zamanı, xüsusilə Tərtər rayonunun intensiv bombardmana məruz qaldığı vaxtlarda Elmar Məmmədyarov Bakıda italyan müğənnisi Eros Ramazzottinin konsertində olub. Elmar Məmmədyarovun 15 ilə yaxındır ki, Azərbaycanın xarici işlər naziri olsa da, hətta ölkənin ən vacib məsələsində belə fikrini ana dilində düzgün ifadə edə bilməməsi sosial şəbəkələrdə etiraz və narazılıqlarla qarşılanıb".

(https://az.wikipedia.org/wiki/Elmar_Məmmədyarov)

Məlumatlarda müxtəlif xəbər saytlarında faktlara və XİN-in öz daxilindən göndərildiyi bildirlən sənədlərə və verilən xəbərlərə əsasən dərc olunmuş məqalələrə istinad edilir. Mənbə kimi istifadə olunan araşdırmalardan biri məhz teref.info, dia.az press. az com və xeberman.com saytlarıında nazir Elmar Məmmədyarovun özünün imzaladığı əmrlər, XİN-in digər rəhbər vəzifəli şəxslərinin yazışmaları və digər məlumatlar əsasında nazirlikdə korrupsiya və digər qanun pozuntularını üzə çıxartmış araşdırma yazılarıdır. (http://teref.info/manset/51705-xn-de-korrupsiya-qalmaqali-elmar-memmedyarovun-bashi-derdde.html; https://xeberman.com/main/16438-xarici-shler-nazirliyinde-nvbeti-shok-qanunsuzluq-ve-korrupsiya-faktlari-foto-fakt.html). Qeyd edilən sənədlər, məlumatlar məhz XİN daxilindəki mənbələrdən ötürülüb və digər korrupsiya faktları kimi buna da indiyə qədər qurumun rəhbərliyi tərəfindən heç bir aydınlıq gətirlməyib.
Bu kimi araşdırmalara əsaslanan məlumatın Vikipediyadan silinməsi, vandallıq edilməsi ilə bağlı isə başqa maraqlı məlumatlar əldə edilib. Araşdırma nəticəsində ortaya çıxıb ki, sayta yerləşdirilən "qalmaqallar və korrupsiya ittihamları" bölməsinin Toğrul Rəhimli adlı istifadəçi tərəfindən silinib. Bu şəxsin facebook səhifəsində isə onun ADA universitetində kompyüter elmləri üzrə təhsil aldığı göstərilir. ADA universitetinin rektoru isə məlumdur ki, Elmar Məmmədyarovun müavini Hafiz Paşayevdir. Beləliklə, haqqında danışılan korrupsiya faktları ilə bağlı məlumatların məhz nazir Elmar Məmmədyarovun istəyi, göstərişi ilə rəsmi olaraq müavinin tabeliyində olan ADA universitetinin tələbəsi tərəfindən "Vikipediya"dan silinməsi, vandallıq edilməsi ilə bağlı ciddi şübhə yaranır. Göstərilən faktlar məhz bunu təsdiq edir. Çünki tərəfsiz istifadəçinin faktlara, rəsmi sənədlərlə əsaslanan araşdırmalarla sübuta yetirilmiş Azərbaycanda XİN-dəki korrupsuiya halları haqqında məlumatları vandallıq edərək Vikipediyadan pozması inandırıcı görünmür.
Beləliklə, görünən mənzərə bundan ibarətdir ki, dövlətin xarici işlər nazirliyi kimi strateji bir qurumunda sistematik olaraq baş verən və XİN-in öz əməkdaşlarının da dözməyib haqqında fakt, məlumat sızdırdiqları qanun pozuntuları, korrupsiya halları ilə bağlı izahat vermək, aydınlıq gətirmək əvəzinə rəhbərlik üzdə özünü görməzliyə vurmağı, ifşaedici məlumatları isə qanunsuz olaraq "Vikipediya"dan sildirməyi üstün tutur.

AzEuroNews.com
AZƏRBAYCAN XİN-DƏ KORRUPSİYA FAKTLARI "VİKİPEDİYA" ENSKLOPEDİYASINDA
AZƏRBAYCAN XİN-DƏ KORRUPSİYA FAKTLARI "VİKİPEDİYA" ENSKLOPEDİYASINDA
AZƏRBAYCAN XİN-DƏ KORRUPSİYA FAKTLARI "VİKİPEDİYA" ENSKLOPEDİYASINDA
AZƏRBAYCAN XİN-DƏ KORRUPSİYA FAKTLARI "VİKİPEDİYA" ENSKLOPEDİYASINDA

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.