SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » «MAMON NECƏDİ?» BAŞ DİREKTOR NAZİRİNDƏN SEVGİLİSİNƏ ŞİKAYƏT ETDİ

«MAMON NECƏDİ?» BAŞ DİREKTOR NAZİRİNDƏN SEVGİLİSİNƏ ŞİKAYƏT ETDİ

Tarix:

26-07-2018, 17:56

/ 1 947 dəfə oxundu.
«MAMON NECƏDİ?» BAŞ DİREKTOR NAZİRİNDƏN SEVGİLİSİNƏ ŞİKAYƏT ETDİ

Qocanın olsa pulu
Canı da olar sulu
Ay qız qaçma bir dayan,
Cilvələnirsən yaman.
Nobatmısan, qəndmisən,
Əcəb qocafəndisən.
İlhamə də deyib ki,
Yaşın nə fərqi var ki?
Baxma qocayam belə.
Canım suludur hələ
Bir «hə» desən sən mənə
Sponsor ollam sənə
Səndə olarsan mələk,
Üzünə gülər fələk
Süd gölündə üzərsən,
Sona təki süzərsən
Yaşarsan şən mehriban,
Sənə işləyər dövran
Mən də ollam a dilbər,
Yetmiş yaşlı bəxtəvər

Xoşqədəm Cəbrayıloğlu.
«Həci Hikmət həkim hansı sistemin altında və kimin qolları üstündə müalicə alır» başlıqlı yazı saytımızın oxucularının müzakirəsinə veriləndən sonra məqalənin «qəhrəmanı» — Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Hikmət Həsənovun reaksiyası hələ də özünü gözlədir. Amma xəstəxana kollektivinin məsələyə olduqca ilginc münasibəti tərəfimizdən müşahidə olunmuşdur. Xatırladaq ki, hər şey peşə fəaliyyətimizlə bağlı Hikmət həkimə zəng vurandan sonra onun telefonundan nömrəmizə gələn bu mesajdan sonra başqa məcraya yönəldi:
«Sevgilim, Ağsaqqalın idarəsində işləyən yoxdu. Əmrdən səs çıxmadı. Qaldı sabaha yəqin. Neynirsən? Mamon necədi? Evdəyəm. Səni sevirəm. Darıxmışam səninçün. Heç nə eləyə bilmirik. İnşallah, sağlıq olsun. Öpdüm». Düzü, bizim redaksiya kollektivində baş direktorla sevgili ola biləcək adam, ümumiyyətlə qadın əməkdaş yoxdu. Odur ki, birinci yazı dərc olunmazdan qabaq yenidən Hikmət həkimə zəng vurub bizə ünvanladığı mesajın «yerinə çatmağa» cəhd etdik. Bildirdi ki, məzuniyyətə gedir, 40 günə qayıdacaq, gələndən sonra araşdırarıq. Bunun özü də bir cavab idi. Yəqin etdik ki, baş direktor mesajda «Ağsaqqal» deyəndə səhiyyə nazirini nəzərdə tutub, məhz məzuniyyətə çıxması üçün əmrin nazirin möhürü ilə rəsmiləşdirilməsini səbrsizliklə gözləyir ki, sevgilisini də götürüb cənnətməkan bir guşəyə çəkilsin.
Onu da bildik ki, Hikmət həkim «qohumcanlı» adamdı, təkcə sevgilisi ilə deyil, «qaynanası» ilə də maraqlanır. İndi isə qayıdaq məqaləmizin əvvəlində vəd etdiyimiz kimi kollektivin məsələyə reaksiyasına. Kollektiv üzvləri bu olaydan sonra bir-birlərinə qarşı xeyli istiqanlı olublar. Hamı bir-biri ilə hal-əhval tutanda «mamon necədi» sualını verib qımışır. Yeri gəlmişkən, xəstəxananın adının açıqlanmasını istəməyən tibb bacılarından biri bizimlə söhbətində bildirdi ki, baş direktorun davranışında seksual zəmində manyakallıq mənbələri çoxdan müşahidə olunmaqdadır: «Məsələn, o, boş palataların açarlarını seyfə, seyfinsə açarını cibinə qoyub evə gedir. Gecə yarısı xəstə qəbul edəndə palataya yerləşdirmə məsələsində çətinə düşürük. Gərək mütləq baş direktora zəng vurulsun, o da ya özü açarı gətirsin, ya da sürücüsü ilə göndərsin. Soruşanda da deyir ki, gecələr palatalarda kişi həkimlərlə tibb bacılarının sevgi ilə məşğul olmalarının qarşısını almaq üçün belə edir. Xain xoflu olar, kar könlündəkini anlayar — buna deyiblər».
P.S. Onu da bildik ki, Hikmət həkim «qohumcanlı» adamdı, təkcə sevgilisi ilə deyil, «qaynanası» ilə də maraqlanır. İndi isə qayıdaq məqaləmizin əvvəlində vəd etdiyimiz kimi kollektivin məsələyə reaksiyasına. Kollektiv üzvləri bu olaydan sonra bir-birlərinə qarşı xeyli istiqanlı olublar. Hamı bir-biri ilə hal-əhval tutanda «MAMON NECƏDİR» sualını verib qımışır.
Mövzuya qayıdacağıq.

DERYAZ.AZ
«MAMON NECƏDİ?» BAŞ DİREKTOR NAZİRİNDƏN SEVGİLİSİNƏ ŞİKAYƏT ETDİ
«MAMON NECƏDİ?» BAŞ DİREKTOR NAZİRİNDƏN SEVGİLİSİNƏ ŞİKAYƏT ETDİ

Şərhlər

XƏBƏR LENTİ