SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda ağacların dibinə “kislota” tökən saxlanıldı

Bakıda ağacların dibinə “kislota” tökən saxlanıldı

Tarix:

24-07-2018, 13:22

/ 1 267 dəfə oxundu.
Bakıda ağacların dibinə “kislota” tökən saxlanıldı

Bakıda ağacların dibinə zərərli maddə tökməkdə şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Şərifzadə küçəsində yerləşən yaşıllıq zolağında 10 ədəd şam ağacının dibinə zərərli maddə tökülməsi faktı ilə bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 260.2-ci (meşələri və yaşıllıqları ümumi təhlükəli üsulla məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanıb.

Zəngilan rayonundan məcburi köçkün olan və hazırda Yasamal rayonu ərazisində yaşayan Real Göyüşov şübhəli şəxs qismində saxlanılıb.

Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ