Azərbaycanda vəzifəli şəxs cəzalandırıldı: kanaldan tapılan 56 pasporta görə
Bu ilin iyun ayında İmişli rayonu Sarıxanlı kəndi ərazisində su kanalında tapılmış Azərbaycan vətəndaşlarına məxsus 56 ümumvətəndaş pasportu 12 iyulda müvafiq qaydada aktlaşdırılaraq məhv edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən bildirilib.
İdarədən qeyd ediblər ki, ümumvətəndaş pasportlarının vaxtında aidiyyəti üzrə təhvil verilməsini təmin etmədiyi üçün təqsirkar əməkdaş intizam qaydasında cəzalandırılıb və tutduğu vəzifədən azad olunub.
Xatırladaq ki, məsələ ilə bağlı DİN mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, iyunun 12-də İmişli rayonunun Sarıxanlı kəndindən keçən su kanalında çimən uşaqlar kanalda içərisində pasportlar olan sellofan aşkar ediblər və həmin sellofanı dərhal İmişli Rayon Polis Şöbəsinə təhvil veriblər. Sellofana baxış zamanı içərisindən 56 ədəd ümumvətəndaş pasportu aşkar edilib, bu sənədlərin vaxtı bitib, tam fəaliyyətsizləşdirilib və şəxsin əsas məlumatları olan səhifələri məhv edilib: "Təlimata uyğun olaraq, həmin sənədlərin yandırılaraq məhv edilməsi əvəzinə, hansısa səhlənkar və məsuliyyətsiz şəxs tərəfindən su kanalına atılması ehtimal edilir”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?