Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən adları aşağıda qeyd edilən şəxslər məhkəmə orqanlarında və dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə təltif ediliblər:
“Tərəqqi” medalı ilə
Qaracayev Ceyhun Yasinəli oğlu
Şəfiyev Kamran Rauf oğlu
Babayeva Səbinə Sabir qızı
Səlimov Rüstəm Fikrət oğlu
Tağızadə Zərifə Fərhad qızı
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Eyvazov Anar İman oğlu
Ələsgərova Gülzar Tofiq qızı
Qurbanova Həcər Əli qızı
Məmmədov Murad Akif oğlu
Tağıyeva Nərgiz Nazim qızı.
Prezidentin digər sərəncamı ilə Konstitusiya Məhkəməsinin aşağıdakı hakimlərinə “Əməkdar hüquqşünas” fəxri adı verilib:
İsmayılov Rövşən Rəhim oğlu
Nəcəfov İsa Əli oğlu.