SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sabah hava yaxşı olacaq

Sabah hava yaxşı olacaq

Tarix:

28-02-2017, 13:45

/ 1 678 dəfə oxundu.
Sabah hava yaxşı olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 1-4, gündüz 9-14, Bakıda gecə 2-4, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə isə nart ayının 3-dək Abşeron yarımadasında mülayim yaz havası meteohəsas insanlar üçün əlverişlidir.

Şərhlər

XƏBƏR LENTİ