SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nazirlə rektor yüzlərlə məzun-həkimin karyerasını məhv edir - 160 minlik iş...

Nazirlə rektor yüzlərlə məzun-həkimin karyerasını məhv edir - 160 minlik iş...

Tarix:

3-07-2018, 10:10

/ 1 123 dəfə oxundu.
Nazirlə rektor yüzlərlə məzun-həkimin karyerasını məhv edir - 160 minlik iş...

Səhiyyə naziri Oqtay Şirəliyevlə Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli yüzlərlə tələbənin karyerasını məhv etməkdədir

Nazirliyin qərarı ilə bu il qəfildən rezidenturaya plan yerlərinin azaldılması məzunların 6 illik zəhmətini yerə vurmaqdadır.

Bu qərara etiraz edən ATU-nun VI kurs tələbələri universitet qarşısında toplaşaraq aksiya keçiriblər.

Onlar Səhiyyə Nazirliyindən verilən qərarı yenidən gözdən keçirməsini və ləğv etməsini tələb ediblər. Ötən il 500 nəfər olan yer bu il 332 saya kimi azaldılıb.

Bu isə univertiteti bitirən 1200-1300 tələbə üçün azdır. Onlar 6 il oxuduqdan və təhsilə ən azı 10.000-12.000 manat xərc çəkdikdən sonra ixtisaslaşmaları təmin edilmir.

Bu da yüzlərlə gənc həkimlərin havadan asılı qalmasıdır. Birinci mərhələni keçən 600 nəfərdən cəmi 280 nəfəri üçün yer ayrılıb.

Belə xəbərlər də var ki, yerlərin çoxu əcnəbi tələbələrə ödənişli təhsillə verilir. Aksiya iştirakçılarının sözlərinə görə, rezidentura keçmələr, diplom havada qalır, ixtisas üzrə işləyə bilməyəcəklər.

Ona görə klinika və dövlət xəstəxanalarında işə girə bilməyəcəklər. Yalnız ailə həkimi və ya dietoloq işləyə bilərlər, uzağı təcili yardımda...

O.Şirəliyevin bu mürtəce qərarı tələbələrin təhsilinin, karyerasının üzərindən xətt çəkir. Bu halda onların təhsil almasının mənası nə idi?

ATU rektoru da məsələni sükutla qarşılayır. Ümumiyyətlə, ATU-da tədris səviyyəsi də iləbil aşağı düşür.

Universitetin rektoru Gəray Gəraybəyli rüşvəti açıq elan edib. Rektor kifayət qədər ciddi alim olsa da, universitetdə nizam-intizam yaratmağa çalışsa da, müəyyən qruplaşmalar əksini etməkdədirlər.

Bu haqda azerinfo.az yazıb ki, bioloji kimya kafedrasında vəziyyət daha biabırçıdır. Kafedra müdiri Arif Əfəndiyev, rektorun texniki məsələlər üzrə köməkçisi Rəna Süleymanova və Həmid adlı müəllim əməlli bazar açıblar.

İddialara görə, hər tələbədən 10 manat yığılır. Yerli tələbələrdən Rəna xanım, xaricilərdən Həmid müəllim.

Məhz belə pedaqoqların, rüşvətxorların ucbatından Azərbaycanın adı ən bədnam siyahılarda, korrupsiya indeksinin yüksək olduğu ölkə kimi hallanır.

Həftənin istənilən günü bioloji kimya kafedrasının qarşısında izdiham olur. Çünki kəsiri olan tələbələr növbəyə durublar. Açıq-aşkar pul yığılır.

A.Əfəndiyev rektorla həmyerli olmasından (şamaxılı) sui-istifadə edir. R.Süleymanova isə qeyri-rəsmi deyir ki, burda heç bir sirr yoxdur, hər şeydən rektorun xəbəri var.

Stomatologiya fakultəsinin ötənilki məzunu da 2 ildir ki, rezidenturadan keçə bilmir. Əhmədli Nəzrin 6 ilinin boşa getdiyini bildirib:

“Ötən il imtahana bir həftə qalmış sınaq imtahanlarının pullu olduğunu bildirib, bizi stresə saldılar. Tələbə üçün 100 manat göydən düşmür.

Adi vərəqi belə vermirlər. Guya elektrondur, amma komputerləri köhnə. Heç olmasa bu qədər pulun qarşılığında kompüterləri modern müasir olsun.

Keçən il 21 yerdən 11-ə endirdilər, bu il 11 yeri 5 ediblər. 9 milyon əhalisi olan ölkədə cəmi 5 stomatoloq yeri ayırılıb. Keçən il susduq, bu il də bunu gətirdilər başımıza.

Qeyd edək ki, sınaq imtahanlarında 1000 tələbədən imtahanlar üçün 160 manatdan vəsait yığıldıqda bu məbləğ 160.000 manat edir.

Tələbələr ödənişi etdikdən sonra plan yerlərinin açıqlanmasını da düşünülmüş addım hesab edir.

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin nümayəndəsi Səfayə Əhmədova və aparıcı məsləhətçi Təranə xanım onları danışmağa dəvət edib.

Onlar bildirib ki, rezidenturaya qəbul dövlətin həkim mütəxəssisə ehtiyacı və sifarişlərinə görə təyin olunur. Bu Tibb Universitetinin təşəbbüsü və qərarı deyil.

Rezidentiranı bitirdikdən sonra həkimlər işlə təmin olunmalıdır. Əgər iş yeri bu qədərdirsə, çox plan yeri ayırmaq mümkün deyil.

Amma Səhiyyə Nazirliyi hər il mərkləzləşmiş işə qəbul elan edir, saytda bütün vakant vəzifələrin siyahısı verilir. Siz öz diplomunuzla o yerlərə sənədlərinizi verə bilərsiz.

Azərbaycanda daha çox ehtiyac bölgələrdə xəstəxanalardadır. Sizin diplomunuz var, vacib deyil ki, rezidentura keçəsiz. Siz işləyə bilərsiz”.

Tələbələr bu açıqlama ilə razılaşmayıblar. Daha sonra onlardan 1-2 nəfər nümayəndə ayrılıb, danışıqlar üçün dəvət olunub.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ