SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ölkəyə gömrükdən gizlin ətirlər gətirilib – Gömrük sədrinə müraciət

Ölkəyə gömrükdən gizlin ətirlər gətirilib – Gömrük sədrinə müraciət

Tarix:

10-03-2018, 10:54

/ 1 957 dəfə oxundu.
Ölkəyə gömrükdən gizlin ətirlər gətirilib – Gömrük sədrinə müraciət

“Azad İstehlakçılar İctimai Birliyinə (AİİB) ölkə bazarının parfümeriya-kosmetika malları seqmentində acınacaqlı vəziyyətlə bağlı çoxsaylı istehlakçı zəngləri daxil olur, istehlakçılar saxta mal nümunələrini təşkilatımıza gətirirlər. Bu vəziyyətdən tək istehlakçılar deyil, eyni zamanda dövlətimizin qanunlarına riayət etməklə qanunu bizneslə məşğul olan sahibkarlar da narahatdır”.

xalqxeber.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bunu Birliyin sədri Eyyub Hüseynov Gömrük Komitəsinin sədri Aydın Əliyevə ünvanladığı müraciətdə bildirib.

“Qaçaq mal yolu ilə bazara daxil olan parfümeriya-kosmetika malları, heç bir mənşə, gigiyenik sertifikata və digər müşahidəedici sənədlərə malik olmadan, gömrük və digər rüsumları ödənilmədən sərbəst satılır. İstehlakçılara mənşəyi məlum olmayan, saxta və kontrafakt məhsul olaraq satılaraq dəri ilə təmasda olduğu üçün təhlükəli olmaqla bərabər bazarda haqsız rəqabət mühiti və xaos yaradı. AİİB-ə müraciət etmiş “Sabina PC” MMC-nin məktubundan və apardığımız tədqiqatdan görünür ki, qaçaqmalçılıqla bazara daxil olan mallar təhlükəli olmaqla bərabər, dövlətimizin qanunlarını pozmaqla realizə olunur. Müraciətlər əsasında “Max Faktor”, “Pupa”, “L Oreal”, “Maybelline” mal brendlərinin tədqiqatı aparılıb və qaçaqmal yolu ilə gətirilmiş bu malların satış şəbəkələri müəyyən olunub. Eyni zamanda müəyyən olunub ki, qanunsuz idxal edilən malların satışına “qanuni” don geyindirmək üçün bu şəxslər qanuni mal idxal edənlərdən bir neçə mal və onların sertifikatlarının surətlərini alır, öz qaçaq mallarını bu sertifikatların vasitəsi ilə pərdələyirlər.

Xahiş edirik, qaçaqmal yolu ilə ölkəyə daxil olan parfümeriya – kosmetika mallarının satışının qarşısı alınsın, bu malların ölkəyə daxil edilməsinə himayə edən əməkdaşlar cəzalandırılsın, KİV-lərin iştirakı ilə ictimai məhv edilməsi həyata keçirilsin və dövlətimizin qanunlarını pozmaqla satılan bu və digər malların idxalına son qoyulsun”.

Qeyd edək ki, eyni məzmunlu məktub Daxili İşlər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Səhiyyə Nazirliyinə də göndərilib.

Şərhlər

XƏBƏR LENTİ