XalqXəbər.Az

www.XALQXEBER.az » Sağlamlıq » Bu mağazalarda xərçəng yaradan kosmetik məhsullar satılır - Ekspert siyahı verdi - Foto

Bu mağazalarda xərçəng yaradan kosmetik məhsullar satılır - Ekspert siyahı verdi - Foto

Bu mağazalarda xərçəng yaradan kosmetik məhsullar satılır - Ekspert siyahı verdi - Foto
27-09-2019, 17:05

Gürcüstanda satılan kosmetik məhsullarda təhlükəli maddə - formaldehid aşkar edilib. Formaldehid selikli qişaya və dəriyə zərərlidir. Qıcıqlanma, qaşınma, səpki yaradır. Bu maddə kanserogenlər siyahısına daxil edilib, buna görə də bu maddə ilə daim təmasda xərçəng ehtimalı kəskin artır.
Qonşuda böyük səs-küyə səbəb olan bu xəbər bizdə də illərdir müzakirəsi gedən saxta kosmetik məsullarla mübarizə mövzusunu yenidən gündəmə gətirib.

Hazırda Azərbaycanda kosmetik məhsullara nəzarət varmı? Alıcılar hansı məhsulları almamalıdır?

“Yeni Sabah”ın suallarını cavablandıran Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycanda bu sahədəki vəziyyət xeyli acınacaqlıdır:

“Ölkənin əmtəə bazarında külli miqdarda təhlükəli kosmetik mallar var və bunların hamısı gömrük orqanlarında işləyən adamların "xeyir-dua"sı ilə Azərbaycana keçir. Mən özüm 2 dəfə bu kosmetik malların satıldığı yerləri, ünvanlarını İqtisadiyyat Nazirliyinə, Vergilər Nazirliyinə, Gömrük Komitəsinə göndərmişəm. Amma çox təəssüflər olsun ki, bəzi dövlət qurumları bu cür təhlükəli malların içərisində zərərli maddələr olmasına baxmayaraq, heç bir tədbir görmürlər. Hətta məndə olan məlumata görə, vaxtilə Xaçmaz gömrüyündə işləmiş, indi yüksək dövlət vəzifəsində çalışan bir şəxs belə malların qaçaqmalçılığını təmin və himayə edir. Mən istahlakçılardan aldığım informasiya əsasında danışıram. Hələ dəqiqləşdirmə aparıram, yoxsa açıq aydın onun adını çəkərdim".

E.Hüseynov bu cür məhsulların satıldığı yerlərin adlarını da açıqlayıb:

"Bəli, təhlükəli kosmetik vasitələr Azərbaycan bazarında var və bir mənalı şəkildə bunlar ekspertizadan keçirilmir, heç bir sertifikatları yoxdur, qaçaqmal yolu ilə gətirilir. Onların ən çox yayıldığı yer Sədərək bazarıdır. Sədərək bazarında “Parfumeriya və kosmetika”, “Tutti” kosmetika və parfumeriya mağazası və “Prestiqe” parfumeriya və kosmetika mağazalarında bu cür məhsullar satılır. Yeraltı və metro keçidlərinə hamısı oradan dağıdılır. Hazırda o yerlər barəsində dövlət orqanlarına müraciət etmişəm. Təəssüflər olsun ki, dövlət orqanları effektli iş görmür. Bir mənalı şəkildə gömrük orqanlarının xeyir-duası ilə əmtəə bazarına bu məhsullar girir”.


XalqXeber.Az
OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.