SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakı Sosial-Pedaqoji Kollecindən ünvanlı şikayət: şöbə müdiri tələbələrdən pul yığıb?

Bakı Sosial-Pedaqoji Kollecindən ünvanlı şikayət: şöbə müdiri tələbələrdən pul yığıb?

Tarix:

17-01-2017, 13:18

/ 1 779 dəfə oxundu.
Bakı Sosial-Pedaqoji Kollecindən ünvanlı şikayət: şöbə müdiri tələbələrdən pul yığıb?

Bakı Sosial-Pedaqoji Kollecində qış smestri üçün tələbələrdən pul yığıldığı barədə məlumat vermişdik. Daxil olan şikayətlər əsasında hazırladığımız yazıda qeyd etmişdik ki, kollecin Təsviri-İncəsənət fakultəsində tələbələrin dərsə davamiyyəti çox aşağıdir və bu vəziyyətdən kollec rəhbərliyi şəxsi məqsədləri üçün yararlanmaqdadır. Belə ki, hər tələbədən qış smestrini "yola vermək" üçün 400 manat civarında pul tələb olunur.

Tələbələrin sözlərinə görə, kollecdə imtahanlara hazırlaşıb-hazırlaşmamağının heç bir əhəmiyyəti yoxdur.

Şikayətlərdə Bakı Sosial-Pedaqoji Kollecinin şöbə müdiri Xəyalə Əhmədovanın adı qırmızı xətlə keçir. Təsviri-İncəsənət fakultəsində oxuyan və adlarının hələlik media çəkilməsini tələbələrin sözlərinə görə, smestr üçün, daha konkret 9 imtahanın hər biri üçün 40 manat pul veriblər. Tələbələr ümid edirlər ki, şikayətləri mediada işıqlandırıldıqdan sonra Bakı Sosial-Pedaqoji Kollecinin direktoru Vaqif Əmiraslanov lazımi tədbirlər görəcək.

Tələbələrin şikayətlərini araşdırmaq üçün Bakı Sosial-Pedaqoji Kollecinin şöbə müdiri Xəyalə Əhmədova ilə əlaqə saxladıq. Xəyalə Əhmədova məsələyə münasibət bildirmək əvəzinə onun barəsində məqalə gedəcəyi halda AzToday.az-ı məhkəməyə verəcəyini dedi. Və israrla əməkdaşımızdan şikayət edən tələbələrin adlarını öyrənmək istədi...

Bakı Sosial-Pedaqoji Kollecində yaşanan xoşəgəlməz vəziyyətlə bağlı direktor Vaqif Əmiraslanovla əlaqə saxlamaq cəhdlərimiz alınmadı.

aztoday

Şərhlər

XƏBƏR LENTİ