XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Nazirin ləğv edəcəyi üç kollecdə rüşvət tüğyan edir - Dəhşətli faktlar

Nazirin ləğv edəcəyi üç kollecdə rüşvət tüğyan edir - Dəhşətli faktlar

Nazirin ləğv edəcəyi üç kollecdə rüşvət tüğyan edir - Dəhşətli faktlar
20-06-2017, 09:11

Azərbaycanda tədrisin keyfiyyəti aşağı olan və rüşvətə bulaşmış daha 3 təhsil müəssisəsi birləşdirilir
Bakı Dövlət Universitetinin Sosial-İqtisad kolleci, Sosial-Humanitar kollec və Azərbaycan Dövlət İqtisad Universitetinin tabeliyində olan Maliyyə-İqtisad kolleci təmərküzləşir.
Bu barədə bakupost.az yazıb. Sayta verilən xəbərdə bildirilir ki, ilkin mərhələdə Bakı Dövlət Universitetinin Sosial-İqtisad kolleci ilə Xırdalanda yerləşən Sosial-Humanitar kollec birləşdiriləcək.
Daha sonra isə Azərbaycan Dövlət İqtisad Universitetinin tabeliyində olan Maliyyə-İqtisad kolleci də bu tərkibə qatılacaq.
Kolleclərin birləşdirilməsinə səbəb kimi hər üç təhsil ocağının ayrı-ayrılıqda fəaliyyətinin səmərəsizliyi, izafi xərclərə gətirib çıxarması, deputat Zahid Orucun dediyi kimi "karton” istehsal edən təhsil müəssisələrinə çevrilməsi, tədrisin keyfiyyətinin aşağı olması göstərilir.
Buna görə də hər üç kollecin profili müəyyən qədər fərqli olsa da, onların vahid bir təhsil mərkəzi altında birləşdirilməsi məqsədəuyğun hesab edilib. Çünki bu kolleclər mütəxəssis yetişdirilməsi siysətində tələblərə cavab vermir.
Bakı Dövlət Universitetinin Sosial-İqtisad kollecdə rüşvət yığımı hər imtahanda adi haldır.
2013-cü ildə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Bakı Dövlət Sosial-İqtisad Kollecində uzun müddət fəaliyyət göstərən korrupsiya şəbəkəsi ifşa edilmişdi.
Keçirilən anti-korrupsiya əməliyyatı zamanı kollecin sabiq direktoru Mübariz Mahmudov, onun bacısı oğlu, kollecin qiyabi təhsil şöbəsinin keçmiş müdiri İlqar Əzizov, həmin şöbənin metodisti Şahin Mirzəhmədov və direktorun sürücüsünə qarşı ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
Yoxlamalar zamanı o da məlum olub ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları xüsusi əməliyyat keçiriblər, adıçəkilən şəxslərin əllərində rüşvət üçün verilən pullar tutulub.
Mübariz Mahmudovun həbs edilməsindən sonra kollecə nazir Mikayıl Cabbarovun əmri ilə İlham Vəliyev direktor təyin edildi.
İlham Vəliyev Mübariz Mahmudovun dövründə olan neqativ məqamları nəinki aradan qaldırıb, üstəlik, problemlərin sayı birə-beş artıb.
Sosial-Humanitar kollec və Maliyyə-İqtisad kolleci də rüşvət bataqlığında çabalayan təhsil ocaqlarıdır.
Xəbərə görə, universitetin nəzdindəki Maliyyə İqtisad Kolleci də dərəbəyikdir.
Kollecdəki rüşvət və korrupsiya halları, özbaşınalıqlar, maxinasiya, mənimsəmə faktları, dərsdənyayınma, biabırçı insidentlər, müəllim-direktor qarşıdurmaları, digər inzibati xətalar cəmiyyətin həmin kollecə olan marağını alt-üst edib.
Maliyyə İqtisad Kollecinin bir qrup tələbəsi təhsil aldıqları bu müəssisədə rüşvət yığımlarının durmadan artdığını iddia edirlər.
Qeyd edək ki, Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə, Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə, Şuşa Musiqi Kolleci Şuşa Humanitar Kollecinə qoşulub.
Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci, Şəki Pedaqoji Kolleci və Şəki Musiqi Kolleci birləşdirilərək Şəki Dövlət Regional Kolleci, Şamaxı Humanitar Kolleci və Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci birləşdirilərək Şamaxı Dövlət Regional Kolleci, Bakı Neft-Energetika Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci, Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci, Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşularaq, sonuncu Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.