XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Adı rüşvətə bulaşmış deputatın qardaşının kollecində “ağa” kimdir?

Adı rüşvətə bulaşmış deputatın qardaşının kollecində “ağa” kimdir?

Adı rüşvətə bulaşmış deputatın qardaşının kollecində “ağa” kimdir?
1-06-2017, 09:26

Bakı Sosial Pedaqoji Kollecinin müəllimləri etiraz aksiyası keçiriblər
Buna səbəb müəllimlərin kütləvi şəkildə ixtisarının gözlənilməsidir.
Aksiyaçılar bildiriblər ki, müəllimlər üçün olacaq imtahandan Təhsil Nazirliyinin xəbəri yoxdur. Tədris hissə müdiri Əsəd İbrahimov isə deyib ki, nazirliyin xəbəri var. Kollecin direktoru, millət vəkili Əhliman Əmiraslanovun qardaşı Vaqif Əmiraslanovdur.
Bakı humanitar kollecinin müəllimləri rəhbərliyin eksperimentlərindən can qurtara bilmirlər. Rəhbərlik deyəndə kollecin direktoru, millət vəkili Əhliman Əmiraslanovun qardaşı olan Vaqif Əmiraslanovdan elə bir şikayətləri yoxdur. Kollecdə bu gün direktordan daha çox tədris hissə müdiri Əsəd İbrahimov necə deyərlər, at oynadır.
Media üzərindən əldə etdiyimiz xəbərdə deyilir ki, Əsəd İbrahimov bütün işçiləri rəhbərlikdən narazı salır. Onlardan tələb edir ki, imtahan verən tələbələri kəssinlər.
Daha sonra tələbələr birbaşa onun yanına gedir, məsələni necə həll edirlərsə, Əsəd müəllim gətirib boş vedomosta müəllimlərdən qol çəkməyi tələb edir. Sonra orda kimə və nə qiymət yazırlarsa, müəllimin xəbəri belə olmur.
Məsələ bununla bitmir. Belə idarəçilikdən narazı qalan müəllimlərə isə göz açmağa belə imkan verməyən Əsəd müəllim, səsini çıxarana "sən kimsən", "səni qapı dalında qoyaram", "ixtisar edərəm" tipli hədə-qorxular gəlir. Əgər bu kollecdə müəllim çoxdursa və ixtisar lazımdırsa, onda Ə.İbrahimov niyə təzə müəllimlər götürür?
Bu kollecdə müəllimlər pullu qrupların hesabına maaşlarına əlavə yadım alırdılar. Yanvar ayından Əsəd müəllim bu yardımları da kəsildiyini elan edir.
Bu şəxs müəllimləri narazı salmaq üçün əlindən gələni də edir gəlməyəni də. İndi bütün müəllimlər səksəkə ilə yayı gözləyirlər. Çünki Əsəd müəllim elan edib ki, daxili yoxlama imtahanı keçirəcək müəllimlər üçün.
Vaqif Əmiraslanov bu gün də öz fəaliyyətini keçmiş nazir Misir Mərdanovun verdiyi tövsiyələr əsasında qurmaqdadır. Bu tövsiyyələr isə, təhsil ocağının əməlli-başlı gəlir mənbəyi kimi istismarına yol açır.
Eyni zamanda da mənbə iddia edir ki, Vaqif müəllim qardaşı Əhliman Əmiraslanova güvənərək, rəhbərlik etdiyi kollecdə "bazar” pirinsiplərini hər növbəti tədris ili daha da dərinləşdirir.
İddialara görə, kollecin əksər fakültələrində, xüsusilə Təsviri-İncəsənət fakultəsində şadyanalıqdır. Tələbələrin dərsə davamiyyəti çox aşağıdır.
Bu vəziyyət kollec rəhbərliyi üçün yararlanmağa sui-istifadə şəraiti yaradıb. Belə ki, hər tələbədən qış smestrini "yola vermək" üçün 400 manat civarında pul tələb olunur.
Tələbələrin sözlərinə görə, kollecdə imtahanlara hazırlaşıb-hazırlaşmamağının heç bir əhəmiyyəti yoxdur.
Mətbuata göndərilən şikayətlərdə Bakı Sosial-Pedaqoji Kollecinin şöbə müdiri Xəyalə Əhmədovanın adı qırmızı xətlə keçir.
Bundan qabaq Nazirlər Kabinetinin orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması məqsədilə verdiyi yeni qərarı narazılığa səbəb olub.
Qərara əsasən, bu müəssisələrdə təkrarlanmanın aradan qaldırılması, idarəetmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə, Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə, Şuşa Musiqi Kolleci Şuşa Humanitar Kollecinə birləşdirilib. Bu birləşdirilmə nəticəsində də ixtisarlar olmuşdu.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.