SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 7 oğlanın qaçırdığı 21 yaşlı qızla bağlı yeni xəbər

7 oğlanın qaçırdığı 21 yaşlı qızla bağlı yeni xəbər

Tarix:

1-03-2018, 09:41

/ 1 705 dəfə oxundu.
7 oğlanın qaçırdığı 21 yaşlı qızla bağlı yeni xəbər

Ağcabədidə 21 yaşlı qızın qaçırılması ilə bağlı bəzi məqamlar məlum olub.

AzNews.az-a istinadən xəbər veririk ki, qaçırılan 21 yaşlı Sevinc Musayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsidir. Hadisənin şahidləri sayta deyib:

“Onlar Laçın rayon sakinləridir. Rayon işğal olunandan sonra Ağcabədidə məskunlaşıblar. Ailənin 4 qızı var, ikisi ailə qurub. Çox kasıbdırlar. Ataları rəhmətə gedib. Ailə bütünlüklə analarının öhdəsindədir.

Qızı, məktəbdən gələrkən qaçırıblar. Mindiyi maşının şüşələrini qırıq-qırıq edərək, qızı ordan çıxarıblar. Yəni belə vəhşilik ediblər. Qızı aparanlar İsmayıllı rayonunda yaşayan Laçın sakinidir. Qız da oğlanı sevmir – ən dəhşətlisi budur…”

Qeyd edək ki, Ağcabədi rayonunda 21 yaşlı tələbə qaçırılıb. Hadisə, qız dərsdən evə qayıdarkən baş verib. 7 nəfər oğlan avtomobilin şüşələrini sındıraraq qızı maşından çıxarıb.

21 yaşlı Sevinc Musayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsidir.

Şərhlər

XƏBƏR LENTİ