SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Ağcabədidə 21 yaşlı tələbə qız qaçırıldı - Video

Ağcabədidə 21 yaşlı tələbə qız qaçırıldı - Video

Tarix:

28-02-2018, 09:40

/ 1 807 dəfə oxundu.
Ağcabədidə 21 yaşlı tələbə qız qaçırıldı - Video

Avtomobilin şüşəsini sındıraraq 21 yaşlı tələbə qızı qaçırıblar.

Hadisə 3 gün əvvəl Ağcabədidə baş verib.

Məlumata əsasən, qız dərsdən evə qayıdarkən bir qrup şəxs tərəfindən zorla qaçırılıb. Dərsdən evə qayıdan universitet tələbəsini zor tətbiq etməklə qaçırıblar.
7 nəfər oğlan avtomobilin şüşələrini sındırıb qızı maşından çıxarıblar. Hadisə Ağcabədidə Səməd Vurğun küçəsində baş verib.
Laçın rayonundan məcburi köçkün olan 21 yaşlı Sevinc Musayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsidir. Qızın yaxınları iddia edirlər ki, onu zorla qaçırıblar.
Bir müddət əvvəl İsmayıllı rayonunda məskunlaşmış, Laçın rayonundan olan bir ailədən Sevinc Musayeva üçün elçiliyə gəliblər. Qızın anası elçilərə onlara yox cavabı veriləndən sonra hadisənın baş verdiyini bildirib. Qızı qaçıran tərəf Sevincin valideynlərinə gənclərin ailə qurmalarına icazə vermələrini xahiş edib. Amma Musayevlər ailəsi qızın özünün də həmin ailəyə gəlin köçmək istəmədiyini deyib.
Qızından xəbər ala bilməyən valideynlər hüquq-mühafizə orqanlarına məlumat veriblər. Rayon polis şöbəsindən verilən məlumata görə, faktla bağlı cinayət məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi açılıb. Həm qızın, həm də onu qaçıran oğlanın tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ