XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Mətbuat Şurasının İdarə Heyətinə namizədlərin təqdimatı yekunlaşıb - Qurultayın yeri bilindi

Mətbuat Şurasının İdarə Heyətinə namizədlərin təqdimatı yekunlaşıb - Qurultayın yeri bilindi

Mətbuat Şurasının İdarə Heyətinə namizədlərin təqdimatı yekunlaşıb - Qurultayın yeri bilindi
26-02-2018, 12:34

“Martın 10-da Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin VII qurultayı keçiriləcək. Artıq bununla bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir”.

Bunu açıqlamasında Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

Mətbuat Şurasının sədri bildirib ki, müxtəlif redaksiyalardan kimlər qurultayda iştirak edəcəksə, öz nümayəndələrini göndərə bilərlər.

Əflatun Amaşov qeyd edib ki, qurultayda Mətbuat Şurasının İdarə Heyəti formalaşacaq.

“Mətbuat Şurasının İdarə Heyətinin tərkibinə seçilcəcək şəxslərin namizədlikləri ilə bağlı müraciət yekunlaşıb. Hazırda Mətbuat Şurasında onlar ümumiləşdirilir. İdarə Heyətinin üzvləri jurnalistlərdən, ictimaiyyət nümayəndələrindən və internet resurslarının nümayəndələrindən formalaşır. İdarə Heyətinin üzvləri 17 nəfərdən ibarətdir. Bunlardan 8-i jurnalistləri, 6-sı ictimaiyyət nümayəndələrini, 3-ü isə internet informasiya resurslarını təmsil edir. Eyni zamanda 3 ehtiyat üzv də seçiləcək - 2-i jurnalistləri və ictimaiyyət nümayəndələrini, 1-i isə internet informasiya resurslarını təmsil edəcək”.

Qurultayda Mətbuat Şurasının hesabatı dinləniləcək. Hesabat ətrafında müzakirələr aparılacaq. Azərbaycan mətbuatını bu gün narahat edən məqamlar, ölkə jurnalistikasında hansı uğurların əldə edildiyi ətrafında fikir mübadiləsi aparılacaq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.