SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Media nümayəndələri Ulu öndəri ziyarət etdi - FOTO

Media nümayəndələri Ulu öndəri ziyarət etdi - FOTO

Tarix:

9-03-2018, 14:54

/ 1 397 dəfə oxundu.
Media nümayəndələri Ulu öndəri ziyarət etdi - FOTO

Bu gün Azərbaycan jurnalistlərinin VII qurultayının iştirakçıları Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin və milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarını ziyarət ediblər.

Ziyarət mərasiminə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, millət vəkilləri Hikmət Babaoğlu, Aqil Abbas, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı və digər jurnalistlər qatılıb.

Qeyd edək ki, jurnalistlərin VII qurultayı martın 10-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək. Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək. Qurultayda həmçinin Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi də müzakirə olunacaq. Qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 241 nümayəndə iştirak edəcək. Həmçinin Şuranın İdarə Heyətinin tərkibi Təşkilat Komitəsi kimi fəaliyyət göstərdiyindən qurumun üzvləri də qurultay nümayəndəsi qismində təmsil olunacaqlar.
Media nümayəndələri Ulu öndəri ziyarət etdi - FOTO
Media nümayəndələri Ulu öndəri ziyarət etdi - FOTO
Media nümayəndələri Ulu öndəri ziyarət etdi - FOTO

Şərhlər

XƏBƏR LENTİ