263 nömrəli məktəbdə azyaşlı uşaqlar 10-cu sinif şagirdinin cinsi təcavüzünə məruz qalıb
Redaksiyamıza Bakı məktəblərinin birində yaşanan iyrənc hadisə ilə bağlı məlumat daxil olub.
Məlumatda bildirilir ki, Xətai rayon 263 nömrəli məktəbdə azyaşlı uşaqlar 10-cu sinif şagirdinin cinsi təcavüzünə məruz qalıb.
İbtidai sinif uşaqlarına qarşı cinsi hərəkətlər edən şəxsin elə həmin məktəbin şagirdi olduğu bildirilib.
Azyaşlılardan birinin evdə hadisəni danışmasından sonra məsələ üzə çıxıb. Valideynlər məktəb rəhbərliyinə üz tutsalar da, direktorun uşaqlara təcavüz edən şagirdi gizlətdiyi, son günlərdə dərslərə gəlməsinə icazə vermədiyi deyilir.
Məsələ ilə bağlı 263 nömrəli məktəblə əlaqə saxladıq. Sualımızı məktəbin təşkilatçısı Nərgiz Bədəlova cavablandırdı.
Nərgiz Bədəlova məktəbdə bu tip hadisənin baş vermədiyini deyir:
“Bizim şagirdələrin içində belə tərbiyəsizi yoxdur. Sizə məlumatı deyən şəxs gəlsin sübut etsin ki, belə bir şey olub. Məktəbimizin şagirdlərindən bir nəfərə siz deyən kimi zorakılıq olubsa sübut etsin. Mən həm yuxarı həm də aşağı sinif şagirdlərinə başımla cavabdehəm. Kimə qarşı zorakılıq olubsa həmin valideyn uşağını gətirsin aparaq ekspertizaya ki, həqiqətən bu məktəbdə belə bir hal olub ya yox” – deyə Nərgiz Bədəlova açıqlamasında bildirib.
A24.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib