XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Babasının yaraladığı II qrup əlil məhkəmə qərarlarından narazıdır

Babasının yaraladığı II qrup əlil məhkəmə qərarlarından narazıdır

Babasının yaraladığı II qrup əlil məhkəmə qərarlarından narazıdır
1-02-2018, 12:38

Bakı şəhəri, Xəzər rayonu, Qala kənd sakini 2-ci dərəcəli əlil Rəhimov Böyükağa İsa oğlu redaksiyamıza gələrək şikayətlənib. B.Rəhimov başına gələnləri bu cür izah edib:
“1995-ci ildə babam Əliağa Salmanov məni və qardaşımı evimizdən sıxışdırıb çıxarmaq istəyirdi. Məni öldürmək məqsədi ilə həmin ilin oktyabr ayında ov tüfəngi ilə mənə atəş açaraq yaraladı. Xəstəxanada sağ qaldığımı görən dayım Ağahüseyn Salmanov huşum özümə gələndən sonra məni dilə tutub bir neçə ağ kağıza qol çəkdirmişdi. Həmin ilin noyabr ayında keçirilən məhkəmədə babam CM-in 95-ci maddəsi ilə (ehtiyatsızlıq üzündən bədən xəsarət yetirmə) müttəhimlər kürsündən azad edilmişdi. Buna görə dəfələrlə əlaqədar təşkilatlara müraciət edim. Həmin ərəfədə üzərimdə dörd dəfə cərrahiyyə əməliyyatı aparılıb.
Nəhayət ki, uzun sürən şikayətlərimdən sonra yenidən məhkəmə prosesi keçirildi. Bu dəfə hakim qərar çıxartdı ki, babam Ə.Salmanov müalicə xərclərimi tamamilə ödəməlidir.
2005-ci ildə isə keçirilən məhkəmə prosesində qərar çıxarıldı ki, dəymiş ziyana görə ev mənə verilməldir. Lakin sonradan - 2013-cü ilin 5 sentyabrında və 2014-cü 9 iyul tarixində Ali Məhkəmənin keçirdiyi prosesdə həmin qərar nəzərə alınmadı. Məhkəmə hakimləri mənə verilən evi cavabdeh Salmanov tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsinə göz yumub.
Aidiyyəti orqanlardan xahiş edirəm ki, 23 ildir ki, yarımcan yaşadığımı nəzərə alaraq, əlilliyimin aradan qaldırılmasına köməklik göstərilsin, məhkəmə tərəfindən mənə verilmiş evə kupça verilməsi təmin edilsin".

Məsələ ilə bağlı adıçəkilən şəxslərin və ya qurumların da mövqeyini dərc etməyə hazırıq.

Musavat.com

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.