SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Hərbi əlilin HAQQI YEYİLİR... - NARAZILIQ!

Hərbi əlilin HAQQI YEYİLİR... - NARAZILIQ!

Tarix:

29-10-2021, 12:14

/ 384 dəfə oxundu.
Hərbi əlilin HAQQI YEYİLİR... - NARAZILIQ!


Kürdəmir rayon Xırdapay kənd sakini İlqar Həşimov “Gözətçi”yə göndərdiyi şikayətdə aprel ayından əlillik pensiyasının dayandırıldığını bildirir.

“Aprel ayında həkim komissiyasından keçmək vatım da tamam olduğu üçün Kürdəmir rayon Mərkəzi Xəstaxanasına yaxınlaşdım. Mən heç vaxt xəstəxanada yatıb müalicə almamışam. Bu dəfə də xəstəxanada endoskopiyadan keçdim, zond uddum və mənə təkrar abulator müalicə yazıldı. Daha sonra göndərişlə məni Bakıya, Respublika Klinik Xəstəxanasına göndərdilər”.

Şikayətçinin sözlərinə görə, Respublika Klinik Xəstəxanasında da eyni müalicə prosedurlarından keçdikdən sonra ona ambulator müalicə yazılıb.

“Respublika Klinik Xəstəxanasından aldığım sənədləri Kürdəmir rayon Mərkəzi Xəstəxanasına göndərdim. Xəstəxanadan da bütün sənədlər baxış keçirilməsi üçün Ragional Komissiyaya təqdim edilib. Daha sonra onlarla görüş keçirildi, əyani baxış oldu və söhbət edildi. Həmin vaxt orada məndən başqa 7-8 nəfər hərbiçi yoldaşlar, qazilər də var idi”.

İ. Həşiomov bildirir ki, onun sənədləri may ayının 6-da sistemə vurulub, sentyabr ayında isə ona “yanlış və natamam doldurma” ilə imtina cavabı gəlib.

“İmtina cavabı ilə bağlı Mərkəzi Xəstəxanaya müraciət etdim. Bildirdilər ki, Regional Komissiyaya yaxınlaşıb daha ətraflı məlumat ala bilərəm. RK-dan isə bildirdilər ki, sən xəstəxanada yatmamısan, buna aid sənədlər yoxdur. Ona görə də, sənə imtina cavabı gəlib”.

Qeyd edək ki, İ. Həşimov 2007-ci ilin aprel ayından hərbi həqiqi xidmətdə olub. 2008-ci ilin avqust ayında eqiqastral nahiyyədə qəflətən şiddətli xəncərvari ağrı ilə hərbi hissə həkiminə müraciət edib. Müayinə zamanı “Perforativ xora” diaqnozu təyin edilərək cərrahiyyə əməliyyatı aparılılıb. Ümumi vəziyyəti sabitləşdikdən sonra MHKH-in təxirəsalınmaz cərrahiyyə bölməsinə, daha sonra isə qastroenterologiya bölməsinə köçürülüb. 2008-ci ilin sentybar ayında isə hərbi xidmətdən yararsız kimi təxris edilib.

2009-cu ildən isə ona xəstəliyi ilə əlaqədar ikinci dərəcəli əlillik və pensiya təyin edilib.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərilib.

1

Şərhlər

XƏBƏR LENTİ