SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sabah Ay tutulacaq

Sabah Ay tutulacaq

Tarix:

30-01-2018, 14:52

/ 1 212 dəfə oxundu.
Sabah Ay tutulacaq

Sabah bu ilin ilk Ay tutulması hadisəsi qeydə alınacaq.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, təbiət hadisəsi yanvarın 31-də saat 15:48:27-də başlayacaq.

Tam tutulmanın başlanması saat 16:51:47-də olacaq ki, bu zaman ayın səthi tam tutulacaq:

“Proses saat 18:07:51-də sona çatacaq. Tam tutulma hadisəsi 1 saat 16 dəq davam edəcək”.

Rəsədxanadan bildiriblər ki, tutulmanın sonu, yəni Ayın səthinin yavaş-yavaş açılmağa başlaması və tutulmanın tam sona çatması prosesi saat 19:11:11-də olacaq:

“İlk Ay tutulma hadisəsi Azərbaycan ərazisi üçün saat 18:00-dan etibarən Ay doğduqdan sonra Ayın səthinin aşağı hissədən yavaş-yavaş açılmağa başlayacaq. Ilk tutulmanı tam şəkildə Azərbaycanda müşahidə etmək mümkün olmayacaq”.

Qeyd edək ki, ikinci Ay tutulması bu il iyulun 28-də baş verəcək.

Şərhlər

XƏBƏR LENTİ