Azərbaycanda Ay və Günəş tutulmaları baş verəcək
Gələn ay bu ilin növbəti Ay və Günəş tutulmaları baş verəcək.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib ki, cari ilin ikinci Ay tutulması avqustun 7-də olacaq. Onun sözlərinə görə, proses saat 21:22-də başlayacaq, saat 22:20-da maksimumda olacaq, saat 23:18-də başa çatacaq: “Proses Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida, Rusiyanın böyük hissəsində müşahidə ediləcək. Bu hadisəni Azərbaycandan da izləmək mümkün olacaq. Belə ki, gün batandan sonra Ay tutulmasının bir hissəsini görmək imkanı yaranacaq”.
X. Mikayılov qeyd edib ki, bu ilin ikinci Günəş tutulması avqustun 21-də baş verəcək. O bildirib ki, Bakı vaxtı ilə saat 19:47-də başlayacaq proses saat 22:26-da maksimumda olacaq, saat 01:04-də isə sona çatacaq: “Azərbaycanda bu prosesi müşahidə etmək mümkün olmayacaq. Tutulma Kanada, Cənubi Amerikanın şimalında, Sakit və Atlantik okeanlarında və ABŞ-da müşahidə ediləcək”.
Qeyd edək ki, 2017-ci ildə ilk Ay tutulması fevralın 11-də, Günəş tutulması isə fevralın 26-da baş verib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...