SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Valideynləri narkotik xəbəri ilə qorxuya salan kimdir?

Valideynləri narkotik xəbəri ilə qorxuya salan kimdir?

Tarix:

26-01-2018, 11:01

/ 1 081 dəfə oxundu.
Valideynləri narkotik xəbəri ilə qorxuya salan kimdir?

Votsap tətbiqi vasitəsi ilə bu dəfə valideynləri təşvişə salan informasiya yayılıb.
Nömrələrə iki konfet şəkli göndərilərək onların 23 nömrəli orta məktəbin qarşısında paylanıldığı və narkotik maddə ola biləcəyi bildirilib. Yayılmış informasiyadan sonra narahat olan valideynlər mediaya üz tutub.
Məsələ ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq hadisəyə aydınlıq gətirmək üçün Bakı Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədovla əlaqə saxladıq. O bildirib ki, 23 nömrəli orta məktəb birbaşa Təhsil Nazirliyinin tabeliyindədir:
“Mən bircə onu deyə bilərəm ki, bu foto bir müddət əvvəl Qazaxıstanda yayılıb. İndi isə tərcümə edib bizim valideynlər arasında təşviş yaratmaq istəyirlər”.

Təhsil Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, yayılan bu informasiyanın heç bir əsası yoxdur. Ümumiyyətlə, heç bir məktəbdə belə bir hal aşkar edilməyib.
Məktəbin direktoru Yuliya Kərimova da Publika.az-a açıqlamasında məktəbin 4 tərəfdən kamera ilə əhatələndiyini və bu məsələylə bağlı valideynlər tərəfindən onlara hər hansı bir müraciət daxil olmadığını bildirib:
“Valideynləri narahat edən məqamlarla bağlı müəllimlərə, direktor müavinlərinə məlumat verirlər. Bu məsələni ilk dəfə sizdən eşidirəm. Məktəbin qarşısında uşaqlara nə isə satılması, paylanması mümkün deyil. Çünki kamera ilə yanaşı mühafizəçilər də daim məktəbin ətrafında şagirdlərə nəzarət edir. Belə bir hal müşahidə olunmayıb”.

Şərhlər

XƏBƏR LENTİ