205 nömrəli məktəbə istilik verilməyib, şagirdlər dərsə getmir - GİLEY
Qış fəsli olmasına baxmayaraq, Bakıda 205 nömrəli məktəbə istilik verilməyib.
Xalqxeber.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında sözügedən məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat verilib. Onların sözlərinə görə, valideynlər bu səbəbdən uşaqlarını məktəbə buraxmırlar. Müəllimlər isə bütün günü boş-bekar oturub, dərs demədən geri qayıdır.
Bakı Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, paytaxtdakı 205 nömrəli tam orta məktəbin binası Dövlət Proqramı çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə sökülərək yenidən tikilib və 2021-2022-ci tədris ilindən istifadəyə verilib:
"Məktəbin yeni inşa olunmuş binasının qaz xətinin müvafiq sənədləri, eyni zamanda yeni binanın istismara qəbul sənədlərinin hazırlığı tam yekunlaşmadığı üçün təhvil-təslim prosesi başa çatmayıb. Bu səbəbdən məktəbə "Azəriqaz” tərəfindən qaz verilməyib və hazırda məktəb istiliklə təmin olunmur.
Nəzərinizə çatdırırıq ki, yaranmış problemin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlarla müvafiq danışıqlar aparılır və məsələnin həlli diqqət mərkəzində saxlanılır”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...