XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » LUKOIL-da ANARXİYA MÜŞTƏRİ TƏHDİD EDİLİB

LUKOIL-da ANARXİYA MÜŞTƏRİ TƏHDİD EDİLİB

LUKOIL-da ANARXİYA MÜŞTƏRİ TƏHDİD EDİLİB
23-01-2018, 14:19

Bu gün Bakı dairəvi yolunda yerləşən LUKOIL yanacaq doldurma məntəqəsində xanım sürücüyə qarşı ciddi problemlər yaradılıb. Beləki, yanacaq doldurma məntəqəsində çalışan əməkdaşdan, yanacağı birinci sürətlə doldurulmasını xahiş edən xanıma qarşı aqresiv və kobud hərəkətlər nümayiş etdirilib. Bunu adının çəkilməsini istəməyən və təzyiqə məruz qalan xanım sürücünün özü redaksiyamıza məlumat verib.
Xanım sürücü deyib ki, xahişinə məhəl qoymayan LUKOIL şirkətinin əməkdaşı səs tonunu qaldıraraq onu təhqir etməkdən belə çəkinməyib. O, bildirir ki, təhqir olunmasına səbəb idarə etdiyi “FORD” markalı avtomobilə üçüncü sürətlə yanacaq doldurarkən idarə etmədə çox ciddi texniki problemlər yarandığı üçün nəzarətçidən yalnız birinci sürətlə yanacaq doldurmasını xahiş etməsi olub.
Nəzarətçinin üçüncü sürəti seçməsi xanımın diqqətindən yayınmayıb və buna iradını bildirib. Xanımın sözlərinə əhəmiyyət verməyən nəzarətçi heçnə olmayıbmış kimi işini davam etdirib. Bundan narazı qalan sürücü avtomobildən düşərək, növbəti dəfə nəzarətçinin hərəkətlərinə etiraz edib. Əvəzində isə nəzarətçi tərəfindən kobud, tərbiyəsiz hərəkətlərlə qarşılaşıb. Məntəqədə olan digər əməkdaşlar da öz iş yoldaşlarını müdafiə edərək xanım sürücünü çıxılmaz duruma salıblar. Onlar bildiriblər ki, bu yanacaq doldurma məntəqəsində heç bir avtomobilə birinci sürətlə yanacaq doldurulmur. Yaranmış insident nəticəsində, xanım sürücünün idarə etdiyi avtomobil və üzərindəki libası benzin yağışına qərq olub. Hətta bu vəziyyət belə məntəqə əməkdaşlarını sakitləşdirə bilməyib. Çarəsiz və məntəqə əməkdaşlarının kobud rəftarına məruz qalan xanım sürücü kor peşiman hadisə yerini tərk etməli olub. Redaksiyamıza müraciət edən sürücü baş verənlərdə LUKOIL-u günahlandırır və bildirir ki, baş verənlərlə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcək.

Xanım əlavə olaraq qeyd edir ki, LUKOIL-un sahibi kimi tanınan Vahid Ələkbərova bir sualına cavab istəyir.

- Azərbaycan xanımına və müştərini “TƏRBİYƏSİZ” adlandıran və ona hədə-qorxu gələrək “kimə istəyirsən şikayət et” deyən, müştərilərlə nəzakətlə davrana bilməyən insanları hansı kriteryalara görə işə qəbul edirsiniz?

Məsələni diqqətdə saxlayacağıq.

Yazıda adları qeyd edilən şəxs və qurumun mövqeyini dinləməyə hazırıq.

BakuNews.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.