"Lukoil"-da 10 manat yerinə 6 manatlıq benzin vurdular — Saxtakarlığı İFŞA EDƏN GÖRÜNTÜLƏR
Uzun müddətdir sürücülər "Lukoil" şirkətinin yanacaq doldurma məntəqələrində aldadıldıqlarını iddia edirlər. Onların sözlərinə görə, "Lukoil"da avtomobillərinə benzin vurularkən 10 manat yerinə yerinə 7 və ya 6 manatlıq benzin vururlar. Şikayət bununla da bitmir. Belə ki, sürücülər iddia edir ki, yanacağın az vurulmasından əlavə, benzinin keyfiyyətində də problemlər var.
Dəfələrlə hər iki problemlə bağlı yanacaq doldurma məntəqəsində yerindəcə şikayət etdiklərini vurğulayan sürücülər 7NEWS.az-a bildirdi ki, narazılıqlarına heç bir məhəl qoyulmayıb:
"Mən 8-ci mikrorayonda yaşayıram. "Lukoil" yanacaq doldurma məntəqəsinin "qoşazapravka” deyilən ərazisində mütəmadi olaraq yanacaq doldururam. Artıq bir neçə dəfədir ki, aldadıldığımı hiss edirdim. Bundan qabaq 4 dəfə cinayət başında yaxaladım. Şikayət etmirdim, vicdanım buna yol vermirdi. Sonuncu dəfə isə bu şirkətin əməkdaşları lap ağını çıxardılar. Göz görə-görə 10 manatlıq benzin yerinə 6.38 manatlıq benzin vurdular. Mən də videoya çəkdim, oradakı nəzarətçiyə yaxınlaşdım, bundan öncə də 4 dəfə aldadıldığımı qeyd etdim. Hiss etdim ki, bu onlar üçün adi haldır. Reaksiya tamamilə sıfır idi. Görünən odur ki, bu formada cinayət tək adamın işi ola bilməz. Bu birbaşa sürücülərə qarşı bir qrup mütəşəkkil dəstənin qurduğu sistemdir. Bu şikayəti verməkdə əsas məqsədim isə sürücülərin daha diqqətli olmasına yardımçı olmaqdır. Ümid edirəm günahkarlar layiqli cəzalarını alacaqlar".
Məlumat üçün qeyd edək ki, mətbuatda "Lukoil" yanacaq doldurma məntəqəsinin sürücülərə qarşı etdikləri təxribatlarla bağlı kifayət qədər şikayətlər dərc edilibdir.
Əgər fikirlərini dəyişəsələr, qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. Videonu təqdim edirik
7NEWS.az
[media=http://https://m.youtube.com/watch?v=epfIBkf6irI]

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...