Kooperasiya Universitetində 750 manat bazarı
Universitetlərdə rəsmən bazardır. Rüşvət artıq az qala leqallaşdırılıb təhsil verilməli obyektlərdə. Belə “universitetlərdən” biri də Bakı Kooperasiya Universitetidir. Bu haqda Əvəz Zeynallı özünün facebook səhifəsində status paylaşıb. “Diqqət Kooperasiya Universitetinə!” başlığı ilə yayılan statusu olduğu kimi diqqətinizə çatdırırıq. Jurnalist yazır:
“Rəsmən bazardır – rektor-deputat Eldar Quliyevin dükanı da demək olar. Bu günlərdə mənə danışdılar buradakı dəhşətlərdən. Burada oxumaq rəsmən qadağan olunub. Hər tələbə başına 750 manat pul yığır, sonra qiymət yazırlar. Bir qız “oxuyacam” deyib pul verməyib, anadan olduğuna peşiman ediblər. 750 manat verməyənin imtahanları keçməsi imkan xaricində. Pul-rüşvət açıq yığılır. Heç kimin heç kimdən qorxusu yox.
Mikayıl Cabbarov indi də Vergilər Nazirliyini xaraba qoyur, onun yerinə kimsə təyin olunmayıb, millətin təhsili ağlar gündə. Guya korrupsiya ilə mübarizə aparan bir qurum var axı, onlar hara baxırlar? Olmayan cinayətlərə görə adam şərləyən bu qurumun başbilənləri Kamran Əliyev, general Əli Nağıyev, yoxsa tələbə başı 750 manat pul toplayıb qiymət yazan bu bazardan – Kooperasiya Universitetində baş verənlərdən xəbəriniz yoxdur?! Siz hər şeyi bilirsiniz axı?! O zaman bu dələduz-müəllim-dekan-rektor yığını 750 manatı necə toplaya bilirlər?! Şərikliyiniz var yoxsa?!”
Xural.com

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...