XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » “Sədərək”də polis əməliyyat keçirdi

“Sədərək”də polis əməliyyat keçirdi

“Sədərək”də polis əməliyyat keçirdi
26-12-2017, 14:35

“Sədərək” ticarət mərkəzində partlayıcı oyuncaqlar müsadirə edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzində 3000 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaq və pirotexniki məmulat götürülüb.

Əməliyyat Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən keçirilib.

Bildirilir ki, partlayıcı oyuncaq və pirotexniki məmulat Astara rayon sakini İslam Hüseynova məxsus olub.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.