SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nərimanov rayonunda "Gənclərin natiqlik bacarıqlarının inkişafı" layihəsinin növbəti təlimi keçirilib

Nərimanov rayonunda "Gənclərin natiqlik bacarıqlarının inkişafı" layihəsinin növbəti təlimi keçirilib

Tarix:

25-12-2017, 12:21

/ 1 510 dəfə oxundu.
Nərimanov rayonunda "Gənclərin natiqlik bacarıqlarının inkişafı" layihəsinin növbəti təlimi keçirilib

22 dekabr 2017-ci il tarixdə Bakı Humanitar Kollecində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Gənclərin natiqlik bacarıqlarının inkişafı” layihəsinin növbəti təlimi keçirilib.
Təlimdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi, layihə rəhbəri Vüsal Ömərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin nümayəndəsi Röya Rzayeva, Bakı Humanitar Kollecin Tələbə-Gənclər Təşkilatının sədri Şəfiqə Hənifəyeva, Demokratik İslahatlar Partiyasının humanitar məsələləri üzrə müşaviri, təlimçi Rövşən Nəcəfov və 40 nəfər gənc iştirak etmişlər.
İlk öncə qonaqları salamlayan Bakı Humanitar Kollecin Tələbə - Gənclər Təşkilatının sədri Şəfiqə Hənifəyeva tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışdı.
Sonra layihə rəhbəri Vüsal Ömərov layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi liderlərin üzə çıxarılması və gənclərdə liderlik, natiqlik, sərbəst fikrini ifadə etmə, fərdi inkişaf, kütlə qarşısında çıxış kimi vərdişləri inkişaf etdirilməsindən ibarətdir. Əsas vəzifələr sürətlə inkişaf edən, dünyada öz sözünü deməyə qadir bir ölkə olan Azərbaycan gənclərinin daha çox önəm daşımaları, cəmiyyətdə gedən proseslərdə gənclərin iştirakının və maraqlarının təmin edilməsi son dərəcə vacib məsələlərdən olması və gənclərin bu sahəyə marağını artıraraq onlara natiqliyin sirrlərini öyrətmək, natiq kimi inkişaflarını təmin etmək məqsədiilə çox vacib nüansları öyrətməkdir. V.Ömərov qeyd etdi ki, canlı söz sənəti bütün sənətlərin ən qədimidir. Natiqlik sənəti isə qədim Yunanıstanda daha geniş inkişaf etmişdir. Eramızdan əvvəl 490-429-cu illərdə yaşamış dövlət xadimi Perikl o zamankı yunan natiqlərinin «atası və dostu» adlandırılıb. Onun haqqında yazılanlardan bəlli olur ki, bu məşhur natiqin nitqlərində həqiqət, sadəlik, dərinlik əsas yer tuturdu. Sonrakı illərdə də müxtəlif xalqların şöhrət qazanmış natiqləri olub. Bu sırada Azərbaycanda natiqlik mədəniyyətinə görə seçilən şəxsiyyət ümummilli lider Heydər Əliyev olub. Bir çox mütəxəssislər hələ indiyə kimi ulu öndərin nitqindəki gözəlliyin, cazibənin, səmimiliyin sirrini aça bilməyiblər. Hansı məclisdə Heydər Əliyev iştirak edirdisə, bəlli idi ki, gündəmdə olan məsələ haqqında ən parlaq nitqi məhz ulu öndər söyləyəcək. Bu sahədə Heydər Əliyev hər hansı bir mövzuda danşanda təqdim edilən sahənin əsl bilicisi kimi çıxış edirdi. İstər ədəbiyyat olsun, tarix, musiqi, teatr, rəssamlıq, iqtisadiyyat, siyasət – fərq etmirdi. Heydər Əliyev lider idi! Hər kəs də bu unudulmaz insanın qeyri-adi yaddaşına, natiqlik qabiliyyətinə heyran qalırdı. Elə şirin, cazibəli danışardı ki, hamı vurğunluqla qulaq asardı. Dəfələrlə etiraf edilib ki, Heydər Əliyevin natiqlik məharətinin analoqu yoxdur.
Daha sonra çıxış edən "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin nümayəndəsi Röya Rzayeva gəncləri salamladı, layihə rəhbəri Vüsal Ömərova işlərində uğurlar arzuladı və qeyd etdi ki, natiqlik bacarıqlarının inkişafı, onların kütlə qarşısında çıxışının,natiqlik bacarıqlarının inkişaf etdirilməsinin, öz fikrini sərbəst və məntiqli ifadə edə bilən gənc nəslin formalaşdırılmasının təmin edilməsi istiqamətində keçirilən təlimlər yeniyetmə və gənclər maarifləndirilir.
Qeyd edilən sahə üzrə təlimçi kimi dəvət olunmuş Demokratik İslahatlar Partiyasının humanitar məsələləri üzrə müşaviri Rövşən Nəcəfov çıxış edərək bildirmişdir ki, əslində, «natiq» sözü Azərbaycan dilinin izahlı lüğətində «nitq, çıxış edən» mənasında verilir. Özünün ictimai əhəmiyyətli fikirlərini anlaşıqlı, inandırıcı, təsiredici bir şəkildə ifadə etməyi bacaran adam əsl natiqdir. Natiqin də silahı canlı sözdür. Bəs bu sözdən necə istifadə edə bilirik? R.Nəcəfov qeyd etdi ki, natiqlik söz ustalığı üzərində qurulmuş bir sənətdir. Əlbəttə, hər bir işdə olduğu kimi, burada da Allah tərəfindən bəxş edilmiş qabiliyyət öz rolunu oynayır. Lakin bu qabiliyyətin hər şeyi həll etdiyini düşünmək səhv olardı. Ən zəngin mənəviyyata malik olan insan da üzərində müntəzəm işləməsə, dünyanın yeniliklərindən, ətrafda baş verən hadisələrdən, Azərbaycan dilinin qanun-qaydalarından, qrammatikasından xəbərdar olmasa, bu yerdə hansısa istedadın da köməyi çatmaz. Canlı söz ustalığı və natiqlik sənəti ilk növbədə insandan böyük zəhmət tələb edir ki, öz üzərində işləyərək müəyyən vərdişlərə yiyələnsin. Sonra təlimçi tərəfindən gəncləri maraqlandıran suallar cavablandırıldı.
Sonda gənclər Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən “Gənclərin natiqlik bacarıqlarının inkişafı” adlı layihədə iştirak etdiyinə görə sertifikatlarla təltif olunmuşlar.
Nərimanov rayonunda "Gənclərin natiqlik bacarıqlarının inkişafı" layihəsinin növbəti təlimi keçirilib
Nərimanov rayonunda "Gənclərin natiqlik bacarıqlarının inkişafı" layihəsinin növbəti təlimi keçirilib
Nərimanov rayonunda "Gənclərin natiqlik bacarıqlarının inkişafı" layihəsinin növbəti təlimi keçirilib
Nərimanov rayonunda "Gənclərin natiqlik bacarıqlarının inkişafı" layihəsinin növbəti təlimi keçirilib

Şərhlər

XƏBƏR LENTİ