SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nərimanov rayonunda “Gənclərin Sahibkarlıq Modeli” layihəsinin açılış mərasimi keçirilib

Nərimanov rayonunda “Gənclərin Sahibkarlıq Modeli” layihəsinin açılış mərasimi keçirilib

Tarix:

29-11-2017, 10:30

/ 1 360 dəfə oxundu.
Nərimanov rayonunda “Gənclərin Sahibkarlıq Modeli” layihəsinin açılış mərasimi keçirilib

28 noyabr 2017-ci il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetinin Nərimanov rayonunda yerləşən binasında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin Sahibkarlıq Modeli” layihəsinin açılış mərasimi və ilk təlimi keçirilib.
Açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin nümayəndəsi Röya Rzayeva, Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Rəsul Həşimov, Demokratik İslahatlar Partiyasının humanitar məsələləri üzrə müşaviri, təlimçi Rövşən Nəcəfov və 65 nəfər gənc iştirak etmişlər.
İlk öncə qonaqları salamlayan Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə - Gənclər Təşkilatının sədri Rəsul Həşimov tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışdı.
Sonra "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin nümayəndəsi Röya Rzayeva layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi gənclərə sahibkarlıq fəaliyyəti və onun yaradılması yolları mövzusunda, onlara işə qəbul etmə əməliyyatı, firmanın idarə edilməsi, marketinqin əsasları, komersiya fəaliyyəti, mühasibat uçotu, kreditin alınması, vergilər anlayışı, biznesin planlaşdırılması, işgüzar ünsiyyət və işgüzar danışıqların aparılması və reklam işinin təşkili, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün hansı sənədlərin lazım olduğunu və ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün hüquqi-normativ sənədlərlə onlara hansı şəraitin yaradılması istiqamətlərində, beynəlxalq təcrübə ilə inkişaf etmiş ölkə sahibkarlarının təcrübələri haqqında gənclərə geniş informasiya verməkdir. R.Rzayeva qeyd etdi ki, layihənin vəzifəsi gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğulluğunun təmin edilməsi, işsiz gənclərin yeni iş yerləri ilə təmin olunmasına, bu yolla ölkə iqtisadiyyatının inkişafına yardımçı olmaq, yoxsulluğun azaldılmasına nail olmaqdır.
Daha sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov qeyd etdi ki, Azərbaycan gəncliyi müasir peşələr,onlara təlabat və peşə seçiminə dair interaktiv informasiya resursunun, gənclərin peşə yönümü üzrə səyyar və distant məlumat-məsləhət xidmətlərinin yaradılması bəndinə əsasən gənclərin işsizlik problemlərin aradan qaldırılmasına kömək məqsədi ilə gəncləri əhatə edəcək maarifləndirici proqram təşkilidir. Dünya təcrübəsi sübut edir ki, yeni iş yerlərinin yaradılması əsasən kiçik və orta biznesin inkişaf etdirilməsi nəticəsində baş verir. Belə bir reallığı nəzərə alsaq ki, bazar iqtisadiyyatı şəraitində rəsmi ödənilən məşğulluq get-gedə azalır, o zaman gənclərin kiçik sahibkarlıq, özünüməşğulluq imkanlarının artırılması cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir.
Qeyd edilən sahə üzrə təlimçi kimi dəvət olunmuş Demokratik İslahatlar Partiyasının humanitar məsələləri üzrə müşaviri Rövşən Nəcəfov çıxış edərək bildirmişdir ki, biznes, sahibkarlıq: qanunla nəzərdə tutulumuş formada mülkiyyətdən və qeyri-maddi imkanlardan istifadə etməklə, əmtəə satışından, xidmət göstərilməsindən gəlir əldə etmək üçün müstəqil fəaliyyətdir. Sahibkarlıq bazar iqtisadiyyatının vacib atributudur. R.Nəcəfov qeyd etdi ki, sahibkarlıq həm hüquqi, həm fiziki şəxs vasitəsi ilə həyata keçirilə bilər. Hər iki halda müvafiq tələblər yerinə yetirilməlidir.
Sonda təlimçi tərəfindən gəncləri maraqlandıran suallar cavablandırıldı.
Nərimanov rayonunda “Gənclərin Sahibkarlıq Modeli” layihəsinin açılış mərasimi keçirilib
Nərimanov rayonunda “Gənclərin Sahibkarlıq Modeli” layihəsinin açılış mərasimi keçirilib
Nərimanov rayonunda “Gənclərin Sahibkarlıq Modeli” layihəsinin açılış mərasimi keçirilib
Nərimanov rayonunda “Gənclərin Sahibkarlıq Modeli” layihəsinin açılış mərasimi keçirilib

Şərhlər

XƏBƏR LENTİ