SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakının 20 nömrəli ölüm marşrutu (ŞİKAYƏT)

Bakının 20 nömrəli ölüm marşrutu (ŞİKAYƏT)

Tarix:

11-12-2017, 13:36

/ 1 508 dəfə oxundu.
Bakının 20 nömrəli ölüm marşrutu (ŞİKAYƏT)

20 nömrəli marşrutun sürücüləri sərnişinlərin həyatını təhlükəyə atır.

Bu barədə Qaynarinfo-ya paytaxt sakinlərindən şikayət daxil olub. Şikayətdə bilirilir ki, bir müddət öncə Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən Qara Qarayev metrosuna doğru olan hissəsi təmirə bağlandığından bütün marşrutlar körpünün üstü ilə hərəkət edirdilər, lakin təmir çoxdan bitsə də, digər marşrutlardan fərqli olaraq, "20 nömrə" hələ də əvvəlki hərəkət trayektoriyasına qayıtmayıb.

Şikayətçinin sözlərinə görə, həmçinin sürücülər marşrutu təyin olunmayan yerdə saxladıqları üçün hər gün ölüm təhlükəsi ilə üz-üzə qalırlar.

"20 nömrəli marşrut Ziya Bünyadov prospektindən keçərkən körpünün aşağısı ilə hərəkət etməli olduğu halda, körpünün üstü ilə gedir. Düzdür, yol təmirə bağlandıqdan sonra körpünün üstü ilə hərəkət edirdilər, lakin təmir çoxdandan bitsə də, sürücülər hələ də onlar üçün təyin olunmuş əvvəlki hərəkət trayektoriyasına əməl etmirlər. Marşrut bir körpünün başında, bir də qurtaracağında dayanır. Bu səbəbdən də lazım olan yerə gedə bilməyimiz üçün sürət həddi 90 km/saat olan yolu keçməli oluruq. Burda piyada keçidi olmadığından hər gün həyatımız təhlükə qarşısında qalır", deyə şikayətçi bildirib.

Qeyd edək ki, 20 nömrəli marşrut Beynəlxalq Avtovağzaldan Xəzər Univermağına doğru hərəkət edir.

Şərhlər

XƏBƏR LENTİ