Bakıda YPX qayda pozur, sonra eyni səhvə görə sürücüləri cərimələyir - VİDEO
Sürücülər Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsində yerləşən körpünün yanında asfalt yola boya ilə çəkilmiş dairəvi yoldan narazı olduqlarını bildiriblər.
Yeniavaz.com-a istinadla xəbər veririk ki, xüsusilə gecə vaxtı və ya yağışlı hava şəraitində tamamilə gözdən itən dairəvi yol sürücülər üçün qəza şəraiti yaradır.
YPX əməkdaşlarının belə məhəl qoymadığı həmin dairəvi yolun nə üçün adəti şəkildə quraşdırılmadığı bilinmir. Ancaq bilinən bir məsələ var ki, körpünün o biri tərəfində dayanan YPX əməkdaşları gün ərzində bir çox avtomobilə həmin yerdə cərimə tətbiq edirlər.
"Avtostop" layihəsinin rəhbəri Tural Yusifov mövzu ilə bağlı bildirdi ki, boya ilə çəkilən dairəvi yollar qanunsuzdur:
"Yerə dairə çəkməz olmaz. Orda həmçinin körpünün altında ikitərəfli yol düzəldiblər DYP həmin yerdə "mini London" yaradıb. Körpünün altına girdikdən sonra sol tərəf əvəzinə sağ tərəflə gedirsən. Elə hərəkət təşkil etmək olar?".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək