XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Avropa məhkəməsi 14 il cəza alan şəxsin işinə niyə 11 ildən sonra baxır?

Avropa məhkəməsi 14 il cəza alan şəxsin işinə niyə 11 ildən sonra baxır?

Avropa məhkəməsi 14 il cəza alan şəxsin işinə niyə 11 ildən sonra baxır?
30-11-2017, 16:32

Əsabəli Mustafayev: “Avropa İnsan Hüquqları Məhkəməsi cinayət işlərinə xronoloji ardıcıllıqla baxır”

Eks MTN şefi Eldar Mahmudovun ambissiyalarının qurbanı olan və 11 ildir ki, həbsdə yatan Səid Dadaşbəylinin işinə artıq Avropa İnsan Hüquqları Məhkəməsində baxılacaq. 14 il cəza alan Səid Dadaşbəylinin həbsdən çıxmasına 3 il qalmış onun barəsində olan cinayət işinin Avropa İnsan Hüquqları Məhkəməsinə belə gec çıxarılması digər siyasi və vicdan məhbuslarında narahatlıq yaradıb.

Bəs görəsən Avropa İnsan Hüquqları Məhkəməsi hansı səbəblərdən bu cür işlərin baxılmasında gecikməyə yol verir?

“İslaminSesi” nin suallarını cavablandıran hüquq müdafiəçisi Əsabəli Mustafayev bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsi cinayət işlərinə xronoloji ardıcıllıqla baxır: “ Bu məsələlərdə prioritet olmadığı üçün, işlərə xranaloji ardıcıllıqla, yani tarix və gün nəzərə alınmaqla diqqət yetirilir. Bu da təbii prosesdir”.
Hüquq müdafiəçisinin sözlərinə görə, məhkəmə işlərinin gecikdirilməsinin xüsusi səbəbi yoxdur: “ Sadəcə məhkəmə işləri daxil olduğu müddətə görə fərqlənir. Yəni Avropa İnsan Hüquqları Məhkəməsi 2006-cı ildə baş verən hadisəni təxirə salıb, 2007-ci ildə daxil olan işə baxa bilməz. Bu səbəbdən də Səid Dadaşbəylinin işində kommunikasiya indi baş verib. Avropa İnsan Hüquqları Məhkəməsində hazırda yüzlərlə iş öz kommunikasiyasını gözləyir. Bir o qədər proses haqqında isə qərarlar verilib”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.